Thursday, 24 Sep 2020

“Azərbaycan – 2020: gәləcəyə baxış” İnkişaf Konsepsiyasına baxış

“Azərbaycan – 2020: gәləcəyə baxış” İnkişaf Konsepsiyasının layihəsi ictimaiyyətə təqdim olunub.

Ümumiyyətlə şəffaflıq baxımından, vətəndaş cəmiyyətinin qərar qəbuletmə prosesində iştirakçılığı baxımından bu cür vacib sənədin geniş ictimaiyyətə təqdim edilməsi müsbət məqamdır.
İnkışaf Konsepsiyasını oxudum. Çox maraqli sənəddi. Daxilidə ictimai münasibətlərin tənzimlənməsi və 2020-ci illlı üçün gələcəyə baxış olaraq bir çox sahələrin (iqtisadiyyat, elm, təhsil, vətəndaş cəmiyyəti, səhiyyə, nəqliyyat, İKT, insane kapitalı və s.) geniş şəkildə gələcəkdə inkişaf konturlarının cızılması bu konsepsiya barədə ciddi şəkildə sanballı sənəd olması fikrini aşılayır.

Xüsusilə Vətəndaş Cəmiyyəti bölməsi mütərəqqi xarakter daşıyır. Belə ki, bu konsepsiyaya əsasən QHT-lərlə əməkdaşlığın gücləndirilməsi, bu sahədə dövlət proqramının qəbul edilməsi və s. məsələlər öz əksini tapmışdır.

Amma, icazənizlə Konsepsiyanın müsbət tərəflərini qeyd etməklə yanaşı, mənfi cəhətini də qeyd edim. Ümumiyyətlə, bu sənəddə qlobal çağırışlar məsələsinə toxunulsa da, Azərbaycanın qlobal münasibətlərlə bağlı stateji məqsədi unudulub. Xatırladım ki, təhlükəsizlik konsepsiyasina görə Azərbaycan Respublikası Avropa və Avratlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlarına inteqrasiya strateji məqsədini güdür. Bu faktor ya yaddan çıxıb, ya da 2020-ci ilə qədər bu istiqamətdən imtina ediləcək.

Təbii ki, anlayıram ki, bu Konsepsiya məhz ölkədaxili inkışafla bağlı olduğundan, xarici siyasət məsələləri öz əksini tapmamışdır. Lakin, əslində bu məqam elə özü mənfi cəhət kimi qeyd oluna bilər. İstənilən vətəndaş bu konsepsiya ilə tanış olduqda Azərbaycanın 2020-ci ildə beynəlxalq münasibətlər sistemində hansı yeri tutacağı ilə informasiyadan, təhlildən məhrum olunur.

Beləliklə, məsələlərə konstruktiv yanaşma prizmasından çıxış edərək, əlaqədar orqan və şəxslər təklif edərdim ki, “Azərbaycan – 2020: gәləcəyə baxış” İnkişaf Konsepsiyasında Milli Təhlükəsizlik konsepsiyasının 4.1.2.-ci bəndində nəzərdə tutulan Avropa və Avroatlantik strukturlara inteqrasiya kimi stateji məqsəd öz əksini bu və ya digər formada əksini tapsın.

Nəzərə alsaq ki, sənəd ictimaiyyətə məhz təkliflərin verilməsi üçün nəzərdə tutulub, ümid edirəm ki, bu təklif də nəzərə alınacaqdır.

Mənbə: http://www.milaz.info/news.php?id=23234