ÖZƏL SORĞU – Azərbaycan Qəbələ RLS üçün Rusiyadan nə qədər pul istəsin?

…Bu günlərin ən aktual mövzularından biri Qəbələ RLS-in icarə məbləği ilə bağlıdır. Xatərladaq ki, bu günlərdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasının icarəsi üçün ödədiyi 7 milyon dollar stansiyanın dəyərinə və Azərbaycanın bu stansiya ilə bağlı məruz qaldığı risklərə adekvat deyil. Azərbaycanın icarə haqqını artırmaq niyyətini şərh edən A.Əzimov bildirib ki, mövcud icarə haqqı bir tərəfdən Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik baxımından, digər tərəfdənsə bu stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə imkan verən Azərbaycanın məruz qaldığı risk və təhlükələrə uyğun deyil və bu səbəblə bir neçə dəfə artırılmalıdır: “Digər ölkələrin, o cümlədən Rusiyanın başqa ölkələrdəki bu cür obyektlərə münasibətdə təcrübəsi ödəmələrin dəfələrlə artırılmasının zəruriliyindən danışmağa əsas verir”

Belə olan təqdirdə Azərbaycan Qəbələ RLS-in icarəsi üçün Rusiyadan nə qədər istəməlidir?
Milaz.info portalı bu sualı Facebook istifadəçilərinə ünvanlayıb. Beləliklə, cavabları sizə təqdim edirik:…

…Hüquqşunas Ramil İskəndərli: Dəqiq rəqəm deməkdə çətinlik çəkirəm, amma mahiyyətcə məncə Rusiyaya heç bir güzəşt edilməməlidir…

Mənbə: http://www.milaz.info/news.php?id=20168