Avropa ittifaqı ilə viza fasilitasiyası sazişinin imzalanması ilə bağlı mövqe

Image

 

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin bağlanmısını təqdirəlayiq hal hesab edir.

Hesab edirik ki, Azərbaycan Respublikası bəzi digər Avropa Şərq Tərəfdaşlıq proqramı ölkələrindən fəqrli olaraq, oncədən planlaşdırdığı strategiya üzrə Avropaya inteqrasiya istiqamətində addım-addım yaxınlaşma siyasətini davam etdirir.

Son hadisələrin təhlili onu göstərir ki, Vilnüs Forumundan öncə bütün Avropa Şərq Tərəfdaşlığı proqramı ölkələri Avropa İttifaqı ilə hər hansı bir sazişə imza atmamaq üçün Rusiya tərəfindən bu və ya digər formada təzyiqə məruz qalmışlar. Misal olaraq Ermənistan konkret şəkildə bu təzyiqə tab gətirməmiş və Avropa İttifaqı ilə heç bir saziş imzalamamışdır.

 

Həmçinin onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan istənilən halda Avropa ittifaqı ilə addım-addım yaxınlaşma siyasətinə uyğun olaraq, Vilnüsda Assosiativ saziş imzalaması gündəmdə deyildi və öncədən planlaşdırılmamışdı. Azərbaycan bu mərhələdə yalnız viza fasilitasiyası üzrə sazişin imzalanması istiqamətində öz mövqeyini ortaya qoymuşdur.

Avropa İttifaqı və Azərbaycan arasında viza sadələşdirliməsi sazişi ilk növbədə bilavasitə  Azərbaycanda əhalisinin bəhrələnməsi üçün nəzərdə tutulmuşdur ki, bu da gələcəkdə Azərbaycan əhalisinin Avropaya maneəsiz səfər etmələri, dolayısı ilə Avropaya inteqrasiyası və Avropa dəyərlərinə yiyələnməsinə şərait yaradacaqdır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi olaraq inanırıq ki, Azərbaycan gələcəkdə zamanı gələndə Avropa İttifaqı ilə nəinki Assosiativ saziş imzalayacaq, həmçinin Avropa İttifaqının tam hüquqlu üzv olması istiqamətində də öz iradəsini ortaya qoyacaqdır.    

HTA İB Mətbuat Xidməti

www.azeuro.eu

 

Image