Əhaliyə hüquqi dəstək üçün yeni layihə

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi cari ilin Mart ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə əhalinin xüsusi həssas qrupları olan uşaqlar, qadın və əlillliyi olan şəxslərə hüquqi dəstək layihəsi həyata keçirməyə başlamışdır.

Layihənin vəzifəsi hüquqi dəstək göstərməklə bərabər uşaq, qadın və əlillərin hüquqi problemlərinin ümümi təhlilinin aparılması olacaqdır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin mütəxəssisləri Hüquq xidməti komponentinin həyata daha effektiv keçirilməsi üçün “Nəticələrin izlənməsi” adlanan metodologiyadan istifadə edəcəklər. Bu metodologiyanın əsas cəhəti ondan ibarət olacaq ki, təşkilatımızın əməkdaşları hüquqi dəstəyin nə dərəcədə insanlara təsir etdiyini aydınlaşdırmaq məqsədilə şikayətin göndərildiyi əlaqədar qurumla müntəzəm əlaqənin yaradılması və problemin həllinə nail olanadək həmin qurumun konkret iş üzrə fəaliyyətinin nəticəsinin öyrənilməsi olacaqdır.

Layihənin sonunda əhəmiyyətli məqamlardan biri də odur ki, hüquq xidməti nəticəsində nəinki fərdi hüquq problemləri həll edilməyə çalışılacaq, eləcə də nəticələrin ümumiləşdirməsi həmçinin uşaq, qadın və əlillərin hansı sosial hüquq problemlərinə malik olmaları, eləcə də bu problemləri yaradan amillər təhlil olunacaq və hesabat şəklində təqdimat mərasimində cəmiyyətin ixtiyarına veriləcək.

Elavə məlumat üçün:

 

Elmari Məmişov (İcraçı Direktor)

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

Bakı, AZ1025,  Nobel prospekti 23,

AMAY Ticarət mərkəzinin 5-ci mərtəbəsi

Tel: 5988591

Elmari.mamishov@gmail.com

www.azeuro.eu