Sunday, 25 Oct 2020

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi təqdimat mərasimi keçirdi

Image

Carı ilin Mart ayının 1-dən İyun ayının 30-dək Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əhalinin həssas qruplarına (qadın, uşaq və əlilliyi olan şəxslər) hüquqi dəstək” layihəsini həyata keçirmişdir.

Layihə çərçivəsində əhaliyə təmənnasız olaraq göstərilmiş hüquq xidmətinin nəticələri və nəşr edilmiş çap vəsaitləri ilə bağlı hesabatla tanış olmaq üçün QHT-lər və Mass Media nümayəndələri üçün 30 iyun tarixində Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr., 529-cu məh., bina 23) təqdimat mərasimi keçirilmişdir.

 Image

Təşkilatın sədri Ramil İskəndərlinin sözlərinə görə, layihənin mahiyyəti İnsan hüquqları üzrə Milli Fəaliyyət planının icrasına dəstək olaraq əhalinin zəif qruplarından olan əhali qruplarının (qadın, uşaq və əlillər) sosial hüquqları ilə bağlı hüquqi dəstək tədbirlərinin həyata keçirilməsi olmuşdur.

 

Layihə çərçivəsində Əhalinin zəif təbəqələrindən olan insanlara hüquqşünas tərəfindən təmənnasız hüquq xidmətinin göstərilməsi layihənin əsas istiqaməti olmuşdur. Belə ki, layihə dövründə ümumilikdə 47 nəfərə davamlı hüquq xidməti göstərilmişdir. Bu hüquq xidməti telefon vasitəsilə, canlı görüş vasitəsilə şifahi olaraq, eləcə də ərizələrin yazılması və məhkəmədə müdafiə vasitəsilə həyata keçirilmişdir. 15 nəfər şifahi, 32 nəfər isə yazılı formada hüquqi yardım göstərilmişdir.Layihə hüquqşünası, və HTA-nın İcraçı direktoru Elmari Məmişovun sözlərinə görə layihə dövründə bir çox sağlamlıq imkanları məhdud olan şəxslərə pensiya təminatı və sağlamlıq hüquqları ilə bağlı hüquq xidməti göstərilmişdir.

    

Layihə çərçivəsində ən çox rast gəlinən hüquqi problemlər ailə hüququ ilə bağlı olmuşdur. Belə ki, boşanma ilə bağlı və boşanma zamanı mülkiyyətin bölüşdürülməsi ilə bağlı şifahi məsləhət, ərizə və şikayətlərin sayı 17 olmuşdur.

 Image

HTA İctimai Əlaqələr Departamenti

Ünvan: Bakı, AZ1025, Nobel Prospekti 23, Amay Ticarət Mərkəzi, 5-ci mərtəbə.

 

Tel: 5988591

huquqitehlil@gmail.com

www.azeuro.eu