Sunday, 25 Oct 2020

HTA-nın gürcü partnyorlarla əməkdaşlıq layihəsi

Press reliz

Carı ilin Iyul ayının 21-də Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) Gürcüstanda yerləşən Demokratiya və Mülki İnteqrasiya Mərkəzi ilə birlikdə Böyük Britaniya səfirliyinin dəstəyi ilə Gürcüstanın Marneuli rayonunda dəyirmi masa təşkil etmişdir.

shekil5 marneuli

Dəyirmi masa Gürcüstanda yaşayan azerbaycanlıların dövlət dilindən və ana dilindən istifadə hüquqları və bu sahədə mövcud vəziyyətlə bağlı diskussiyalar aparılmışdır. Tədbirdə Gürcüstanın Xalq Müdafiəçısı təsisatının və 20-dək yerli QHT-lərin, icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.

shekil3 marneuli

Tədbirdə Demokratiya və Mülki İnteqrasiya Mərkəzinın rəhbəri Rimma Gelenava, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli və təşkilatın icraçı direktoru və layihənin koordinatoru Elmari Məmişov açılış nitqi ilə çıxış etmişlər.

shekil1 marneuli

Təşkilatın sədri Ramil İskəndərlinin sözlərinə görə, tətbirin məqsədi əsasan Marneulidə yaşayan azərbaycanlıların dövlət dili və ana dilində təhsili məsələləri bağlı mövcud qanunvericilik bazası və təcrübədə tətbiqi vəziyyəti ilə bağlı müzakirə aparmaq olmuşdur.

HTA İctimai Əlaqələr Departamenti
Ünvan: Bakı, AZ1025, Nobel Prospekti 23, Amay Ticarət Mərkəzi, 5-ci mərtəbə.

Tel: 5988591
huquqitehlil@gmail.com; www.azeuro.eu