Saturday, 6 Jun 2020

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin iki yaşı tamam oldu

 HTA ramil AZE

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin 2 yaşı tamam oldu

Bu gün, 26 avqust Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin (HTA) 2 yaşı tamam olur. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) 2012-ci ilin avqust ayının 26-da təsis edilib və sentyabr ayında dövlət qeydiyyatına alınmışdır. Təşkilat iki hüquqşünas, Ramil İskəndərli və Elmari Məmişov tərəfindən təsis edilmişdir. Birliyin əsas məqsədi hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının  həyata keçirilməsinə kömək etməkdən ibarətdir.

shekilq1

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi fəaliyyət göstərdiyi 2 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yaxından əməkdaşlıq etmişdir. Belə ki, 2014-cü ildə Şuranın maliyyə yardımı ilə “Əhalinin həssas qruplarına (qadın, uşaq və əlilliyi olan şəxslər) hüquqi dəstək” layihəsini həyata keçirilmişdir. Layihə çərçivəsində Əhalinin zəif təbəqələrindən olan insanlara hüquqşünas tərəfindən təmənnasız hüquq xidmətinin göstərilməsi layihənin əsas istiqaməti olmuşdur.

elmarish

İyun ayında isə  Avropa Birliyinin “Gənclər fəaliyyətdə” (“Youth in Action”) proqramı çərçivəsində İsveçin Viksjöfors şəhərində mədəniyyət HTA İsveç partnoyları ilə birgə hüquqşünas tələbələr üçün tədbir keçirmişdir.  Tədbirdə bir çox ölkələrdən gənc nümayəndələr iştirak etmişlər. HTA təşkilatçılığı ilə  Azərbaycan Respublikasını təmsil etmiş qrup Xəzər Universitetinin tələbələrindən seçilmişdir. Layihənin rəhbəri Helena Ehrstand və  baş təşkilatçısı Matilda Norling Person Azərbaycan təmsilçilərindən məmnun olduqlarını bildimişlər. Helena Ehrstand demişdir: ” Artıq bir neçə ildir ki, bu layihəyə rəhbərlik edirəm, amma heç bir ölkənin təmsilçiləri Azərbaycan nümayəndələri  kimi bacarıq nümayiş etdirməmişdir. Bu bizim üçün boyük yenilikdir. Güman edirəm ki, sizinlə olan əməkdaşlığımız davam edəcək.” 

11579

Carı ilin Iyul ayının 21-də Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) Gürcüstanda yerləşən Demokratiya və Mülki İnteqrasiya Mərkəzi ilə birlikdə Böyük Britaniya səfirliyinin dəstəyi ilə Gürcüstanın Marneuli rayonunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi masa Gürcüstanda yaşayan azerbaycanlıların dövlət dilindən və ana dilindən istifadə hüquqları və bu sahədə mövcud vəziyyətlə bağlı diskussiyalar aparılmışdır. Tədbirdə Gürcüstanın Xalq Müdafiəçısı təsisatının və 20-dək yerli QHT-lərin, icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.

shekil3 marneuli

Təşkilatımızın ekspertləri həmçinin fərdi qaydada müxtəlif hüquq sahələri üzrə Nyu-York Universitetinin Hüquq Fakultəsinin Global Hüquq layihəsi üçün, Avropa Birliyi və UNİCEF üçün hüquqi araşdırmalar aparmış və hüquqi məsləhətlər vermişlər.  Təşkilatın üzvləri periodik olaraq yerli və beynəxlalq mətbu orqanlarında, internet hüquq-informasiya portallarında (Femida.az və Hüquq.tv) analitik və maarifləndirici xarakterli yazılarla çıxış etmişlər. Təşkilat üzvləri müntəzəm olaraq xarici ölkələrdə beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanları tərəfindən Azərbaycanda təşkil edilən beynəlxalq və milli xarakterli tədbirlərdə iştirak edirlər.

338715_10150455425714546_302880443_o

HTA bundan sonra da öz fəaliyyəti ilə Azərbaycanda həyata keçirilən hüquq islahatlarının inkişafına və təbliğinə töhvə verməkdə davam edəcəkdir.