“HÜQUQI TƏHLIL VƏ ARAŞDIRMALAR” İCTIMAI BIRLIYI BMT-NIN “UN GLOBAL COMPACT” TƏŞƏBBÜSÜNƏ ÜZV OLDU

HTA ramil AZE

Bu günlərdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) Birləşmiş Millətlər Təşkilatının (BMT) “UN Global Compact” sazişinə qoşulmuşdur.

Dünyanın 120 ölkəsindən minlərlə biznes qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının üzv olduğu BMT-nin “UN Global Compact” sazişi biznes qurumlarının qlobal arenada social məsuliyyətinin artırılması istiqamətində beynəlxalq səviyyədə qəbul olunmuş bir sazişdir.

Təşkilatın rəhbəri Ramil İskəndərlinin qeyd etdiyinə görə, HTA “UN Global Compact”ın prinsiplərinin Azərbaycanda biznes qurumları və vətəndaş cəmiyyəti arasında təbliğini və bu sahədə araşdırmaların aparılmasını qarşıya əsas məqsəd kimi qoymuşdur. Qeyd edək ki, BMT-nin “UN Global Compact” Sazişinə qoşulmaqla HTA insan hüquqları, əmək münasibətləri, korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi və korrupsiya ilə mübarizə sahələrində həyata keçirilən islahatlar və ümumən qəbul olunmuş 10 prinsip sahəsində hüquqi təhlilllər və araşdırmalar aparmaq niyyətindədir. Azərbaycanda bir neçə biznes qurumu və vətəndaş cəmiyyəti təsisatları bu təşəbbüsə əvvəlki illərdə qoşulmuşlar.

Saziş və özündə 10 təməl prinsipini birləşdirən BMT “UN Global Compact” prinsipləri ümumilikdə insan haqları, ətraf mühitin qorunması, korrupsiya və əmək münasibətləri istiqamətlərini əhatə edir. Biznes qurumları tərəfindən əməl edilməsi tövsiyyə olunan sözügedən 10 təməl prinsipi aşağıdakılardır:

1. İnsan haqlarına hörmət etmə;
2. Şirkətlərin insan haqlarına zidd davranmamaq;
3. Həmkarlar ittifaqlarının müstəqilliyini təmin etmək;
4. Hər növ məcburi əməyi aradan qaldırilmaq;
5. Uşaq əməyinin aradan qaldırmaq üçün təsirli addımlar atmaq;
6. Hər növ ayrı-seçkiliyi aradan qaldırilmaq;
7. Ətraf mühitin zərərə məruz qalmasına mane olmaq;
8. Ətraf mühitin daha çox qayğısına qalmaq;
9. Ətraf mühiti qoruyacaq texnologiyaların inkişafını və yayılmasını təşviq etmək;
10. Korrupsiyanın bütün növlərinə qarşı mübarizə aparmaq.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) 2012-ci ilin avqust ayında təsis edilib və dövlət qeydiyyatına alınmışdır. Təşkilat iki hüquqşünas, Ramil İskəndərli və Elmari Məmişov tərəfindən təsis edilmişdir. Birliyin əsas məqsədi “beyin mərkəzi” olaraq hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə töhvə verməkdən ibarətdir.