BƏYANAT

Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışı və ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirlərinə qarşı öz etirazımızı bildiririk.
Azərbaycanda vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq qeyri-professional, qeyri-ciddi və qərəzli siyasi mövqedən xəbər verir.
Avropa Parlamentinin prezidenti obyektivliyi ilə seçilsəydi, ən azından indiyədək onun Azərbaycanda yaşayan 1 milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqları barədə narahatçılığını ifadə etdiyini görərdik. Təəssüf ki belə bir şey indiyədək baş verməyib.
Bütün bunlar onu düşünməyə əsas verir ki, cənab Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox ilgiləndirir.
Biz, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi nümayəndələri olaraq, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirlər qarşı etirazımızı bildiririk.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
Icitmai Əlaqələr şöbəsi