Jurnalistlər arasında müsabiqə

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)

„Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma”

regional proqramı jurnalistlər arasında

 

“Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri”

mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqəyə vergi hüququna həsr olunmuş məqalələr, o cümlədən vergitutmanın əsaslarını və prinsiplərini, vergi növlərini, onların ödənilməsini, vergi orqanlarının səlahiyyətlərini, vergi ödəyicilərinin hüquqlarını və digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları:

– vergi qanunvericiliyə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili;

– vergi hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi;

– yazının vergi qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti;

– yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN

İkinci yer –  400  AZN

Üçüncü yer –  300  AZN

 

Müsabiqənin texniki şərtləri:

 

  1. Jurnalistlər müsabiqəyə 01 Aprel 2015-ci ildən 16 May 2015-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
  1. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in „Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

 

Ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;

                                              Email: shakir.safarbekov@giz.de