Friday, 30 Oct 2020

İrana qarşı sanksiya ləğvi Azərbaycana nə verəcək?

http://az.azvision.az/Irana_qarshi_sanksiya_legvi_-71630-xeber.html

Son günlər beynəlxalq münasibətlərdə ən çox müzakirə olunan məsələlərdən biri İranın Qərb ölkələri ilə nüvə razılaşmasıdır.

Bu razılaşmanın gələcək təsirləri arasında İrana qarşı hal-hazrıda tətbiq olunan sanksiyaların ləğvi nin mümkünlüyü daha çox müzakirə olunur. Bəs hadisələrin fonunda Azərbaycan üçün nə gözləmək olar? Azərbaycan bu proseslerdən bəhrələnəckmi, yoxsa zərər çəkəcək?.

AzVision.az xəbər verir ki, Hüquq Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu hesab edir ki, perkspektivdə İrana qarşı sanksiyaların ləğvi Azərbaycan üçün bir sıra imkanlar yarada bilər:

“İlkin olaraq nüvə razılaşmasının əldə olunması ilə neftin qiymətinin aşağı düşməsi yeganə nəticə olacaq. Bəzi pessimist proqnozlar yalnız bu vəd edir və Azərbaycanın bu prosesdən zərər görəcəyi yalnış olaraq ictimaiyyətə çatdırılır. Əvvəla Azərbaycan onsuz da neftin qiymətinin aşağı düşməsini nəzərə alaraq iqtidasi siyasətini bu məsləyə uyğun olaraq qurmaqdadır və uğurla əvvəlki inkişaf dinamikasını qoruyub saxlamaqdadır.

Başqa bir proqnoz olunan nəticə isə, İranın gələcəkdə öz enerji resurslarının məhz Azərbaycan üzərindən dünyaya nəql etməsi daha inandırıcı görünür. Yəni bu ehtimal neftin qiymətinin düşməsindən daha real görsənir və Azərbaycan üçün iqtisadi səmərə vəd edir”.

Analitik Qrupun fikrincə İranın sanksiyalardan azad olunduğu təqdirdə Azərbaycanla və Azərbaycan vasitəsilə həm MDB, həm də Qərb ölkələri ilə qeyri-neft sektorlarında iqtisadi əlaləqələrin genişlənməsinə gətirib çıxıracaq:

“Konkret bir misal olaraq İranın modernizasiya istiqamətində inkişaf yolunu tutacağını nəzərə alaraq, Azərbaycan vasitəsilə daha modern avtomobillərin idxalına çalışacaqdır ki, bu da Azərbaycanda İran vətəndaşları üçün avtomobil bazarının yaradılmasına səbəb ola bilər. Bu konkret misalın timsalında bir çox sahələrdə əməkdaşlığın inkışafı İranın sanksiyalardan azad olunmağını Azərbaycanın marağında olduğu sezilir”.

AZVISION.AZ