Saturday, 30 May 2020

Prezidentin təşəbbüsü ilə həyata keçirilən radikal islahatlar

Son günlər Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyat və idarəetmə sahəsində islahatların həyata keçirilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmişdir. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu olaraq,tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanda planlı, düşünülmüş, sistemli, xaotik xarakter daşımayan islahatların həyata keçirilməsində israrlıdır və bunu sözdə yox, əməldə həyata keçirir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Prezident yanında Apellyasiya Şurasının yaradılması ilə verilən fərmanlar bu qəbildən olan son fəaliyyətlərdir. 

Prezident öz çıxışlarında 2016-ci ilin islahatlar ili olacağını, ümumiyyətlə Azərbaycan ciddi islahatların həyata keçirilməsinə ehtiyac olduğunu qeyd etmişdir. Prezidentin bu təşəbbüsü səmimi və inamlı şəkildə qeyd etməsi eyni zamanda dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən dövlət məmurlarının da üzərinə qanunvericliklə nəzərdə tutulan hüquqi məsiliyyətdən əlavə, eyni zamanda mənəvi məsuliyyət də qoyur.

Struktur dəyişikliyi ilə səciyyələnən idarəetmə sistemindəki dəyişikliklərdən nümunə kimi isə ölkə başçısının fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilməsidir.

Prezident hələ bir neçə gün əvvəl müşavirələrin birində bir sıra sturktur dəyişikliklərini anons etmişdir və hal-hazırda bu məsələnin həyata keçirilməsinin şahidiyik.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupunun fikrincə,indiki iqtisadi şərait dinamik və çevik qərarların verilməsini tələb edir ki, bunu da biz Prezidentin fəaliyytəində şahidi oluruq. Eyni zamanda bütün bu addımlar dinamik və çevik olduğuna, maksimum şəffaflıq və hesabatlılığı tələb edir. Məhz bu səbəbdən son günlər biz Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdırilmasının şahidiyik. Bu cür hesabatlılıq və şəffaflılığın təmin edilməsi də məhz islahatların bir hissəsidir. Misal üçün verilmiş qərarlardan dərhal sonra məhz Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətinin verdiyi açıqlamalardan məlum olmuşdur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılıb.

Həmçinin digər bir fərmanın vacibliyi ilə bağlı açıqlamada isə bildirilmişdir ki, Prezident yanında Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupunun fikrincə, verilmiş fərmanların məqsədlərindən aydın olur ki, bu qərarlar deklarativ xarakterli deyil, praktik və yaxın müddətdə geniş əhali kateqoriyası üçün bəhrə verəcək qərarlardır.

Prezidentin fərmanları Azərbaycanın hazırki vəziyyətinə tam adekvatdır və mövcud reallıqlara söykənən problemlərin həllinə yönəlmişdir. Sosial təminat sisteminin, ünvanlı sosisal yardım sisteminin təkmilləşməsi, vətəndaşların pensiya və təqaüdlərin artırlması bilavasitə əhaliyə dərhal təsir göstərən islahat elementlərindəndir.

Prezident yanında Apellyasiya Şurasının yaradılmasıisə indiyədək sahibkarların klassik hüquq müdafiə mexanizmlərindən istifadənin həmişə müsbət nəticələnməməsi ilə əlaqədar, problemlərin uzun uzadı bürokratik məhkəmə əngəllərindən fərqli olaraq, daha çevik və müsbət həllinə şərait yaradacaqdır.

Dünya təcrübəsindən görmək olar ki, bir çox hallrda yerində, çevik olaraq verilmiş qərarlar nəticəsində bir çox iqtisadi məsələlər, sahibkarların problemləri həll edilə bilər. Buna nümunə kimi cənab prezidentin Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda sahibkarla birgə iştirak etməsi,10 sahibkarı tribunaya çıxararaq, onlarla fikir mübadiləsi aparması, ideyalarına dəstək verməsi bir çox praktiki məsələlərin tez bir zamanda heç bir bürokratik baryer və əngəllərlə rastlaşmadan həllinə rəvac verdi. Əsl radikal islahat da elə budur.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupunun fikrincə, ölkə başçısının son qərarları ilə müxtəlif dövlət qurumlarınınləğv olunması, birləşdirməsi bununlada vətəndaşların bürökratik əngəllərdən yaxa qurtarması və ümumiyyətlə kəmiyyət yox, keyfiyyətə əsaslanan effektiv idarəetmə sistemində inkişafa nail olmaqla bağlıdır. Elə bu fakt da radikal islahatlardan xəbər verir.

Burada qeyd olunmalı ən vacib məqamlardan biri də,Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətinin ictimaiyyətə verdiyi məlumatdan göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük müsbət və böyük ruh yüksəkliyi ilə qarşılanır.

Daha bir qeyd olunmalı fakt ondan ibarətdir ki. Cənab Prezidentin son addımları nəinki daxildə, eyni zamanda xarici dövlətlərin nümayəndələri tərəfindən, xarici mətbuat orqanları, social şəbəkələrdə xarici ekspertlərin fikirlərində periodic olaraq vurğulanır.

Misal olaraq bu günlərədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardın Azərbaycanda Prezident tərəfindən təşəbbüs edilən və həyata keçirilən islahatlara və modernizasiya prosesinə dəstəkçi olduqlarının bəyan edilməsi Azərbaycan atılan addımların heç də təsadüfi olmadığı qənaitinə gəlməyə əsas verir.

Eyni zamanda Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun rəsmisi də qeyd etmişdir ki, Azərbaycan dövləti rəhbərliyi xarici faktorlar nəticəsində ölkədə yaranmış iqtidasi vəziyyətdə uğurlu siyasət həyata keçirməkdədir və BVF-da Azərbaycanda bu islahatların həyata keçirilməsində öz dəstəyini göstərməyə hazırdır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu olaraq, sonda bildirmək istəyirik ki, bütün sadalananların fonunda bizim də cəmiyyət olaraq mənəvi borcumuz Azərbaycanda Prezident İlham Əliyev tərəfindən təşəbbüs edilən islahatları dəstəkləmək və əlimizdən gəılən köməyi əsirgəməməkdir. Cənab Prezident bu yaxınlarda Davosda keçirilmiş ənənəvi Dünya İqtisadi Forumunda məhz Azərbaycan xalqına arxalanaraq, cətinliklərin öhdəsindən gələcəyimizi bəyan etmişdir.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu