Sunday, 5 Apr 2020

Hüquqi Təhlil və Araşdırmalar Ictimai Birliyi Nobel Sülh Mükafatı Komitəsinə müraciət etdi

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Nobel Sülh Mükafatı Komitəsinə müraciət ünvanlamışdır. Müraciətdə deyilir ki, 27 il əvvəl 20 yanvar tarixdə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya Sovet ordusu yeridilmişdir. Nəticədə 137 nəfər həlak olmuşdur. Bu cür beynəlxalq cinayətə ima atmış bir şəxsə həmin “Qanlı Yanvar” hadisəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatı ilə təltif olunması yanlış addım olmuşdur. Bakıda, Tbilisidə və Vilnyusda öz vətəndaşlarına qarşı insanlıq əleyhinə cinayət törətmiş Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif olunması barədə 1990-cı ildə qəbul edilmiş qərara yenidən baxılmağını və həmin mükafatın Mixail Qorbaçovdan geri alınması ilə bağlı qərar çıxarmasını tələb edirik.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi