Saturday, 28 Nov 2020

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Yaponiyada Qlobal “Beyin Mərkəzləri” Sammitində təmsil olunmuşdur

2-3 May tarixlərində İV Qlobal “Beyin Mərkəzləri” (Araşdırma Mərkəzləri) Sammiti (IV Global Think Tank Summit) Yaponiyanın Yokohama şəhərində keçirilmişdir. İki gün ərzində keçirilmiş Sammitdə dünyanın aparıcı “beyin mərkəzləri” iştirak etmişdir. Sammit Asiya İnkişaf Bankı İnstitutu (ADBİ) və ABŞ-ın Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Təsisatları Mərkəzi tərəfindən təşkil etmişdir. Azərbaycanı bu sammitdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli təmsil etmişlər. Sammitin ikinci günü “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkələri” mövzusunda təşkil olunmuş sessiyada Ramil İskəndərli məruzə ilə çıxış etmişdir. IMG_5701