Monday, 28 Sep 2020

BMT-nin insan hüquqları mexanizmləri ilə bağlı təlimlər

2018-ci ilin iyul ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının maliyyə dəstəyi ilə QHT-lər və Vəkillər Kollegiyasının üzvü olan vəkilllər  üçün silsilə təlimlər keçirilmişdir. Məqsəd iştirakçıların BMT-nin insan hüquqları sistemi və institutlarına dair bilik və bacarıqlarını artırmaq, QHT-lərin və vəkillərin BMT insan hüquqları mexanizmlərindən istifadədə rolu, alternativ hesabatlar və monitorinq alətlərindən istifadə və fandreyzing imkanları barədə məlumatlandırmaq olmuşdur. Bu təlimlərdə BMT-nin Nizamnamə və Saziş qurumları, digər ixtisaslaşmış qurumlar və onların mandatı, Saziş Qurumlarının Yekun Müşahidələrinin və Ümumi Şərhlərin hüquqi təhlili, eyni zamanda BMT məkanında milli tərəfdaşların insan hüquqlarının təbliğində iştirak formalarına dair xülasələr təqdim olunub. Proqramın təlimçiləri İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərlidir.