İctimai iştirakçılıqla bağlı sorğuda iştirak edin!

Azərbaycan Respublikasının İctimai İştirakçılıq haqqında qanunun tələblərinə əsasən  ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai iştirakçılılığının təmini sahəsində islahatlar həyata keçirilməlidir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi hal-hazırda “Ədliyyə və Hüquq-mühafizə orqanlarında ictimai iştirkaçılığın təmini” mövzusunda hüquqi araşdırma layihəsini həyata keçirir. Layihə təşkilatın daxili imkanları hesabına, heç bir donor təşkilatın maliyyə dəstəyi olmadan həyata keçirilir.

Layihənin məqsədi ədliyyə, polis, prokurorluq və digər qurumlarda ictimai iştirkaçılığın təmini vəziyyətinin öyrənilməsi, beynəlxalq təşkilatlar arasında yayılması və gələcəkdə prosesin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin verilməsindən ibarətdir. Layihə çərçivəsində mövcud informasiya resurslarından məlumatların toplanması və təhlili, strukturlaşdırılmış sorğunun keçirilməsi və 2018-ci ilin sonlarında araşdırmanın təqdimatı nəzərdə tutulur. Araşdırma QHT-lər, KİV-lər, sosial şəbəkə istifadəçiləri və bütün maraqlı şəxslər arasında keçirilir və anonimdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi 2012-ci ilin avqust ayının 28-də təsis edilmiş və həmin ilin sentyabr ayının 28-də dövlət qeydiyyatına alınmışdır. Təşkilatın məqsədi hüquq probləmlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə kömək etməkdir.

Yuxarıdakıları nəzərə alaraq xahiş edirik vaxtınızın 5-10 dəqiqəsini sərf edib bu linkə girərək sorğunu cavablandırasınız:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdcZfDJJzTJls4nZ060bXA4Uw4uJIo7Nlb2RpxIzdY2yYxhjg/viewform