Friday, 14 Aug 2020

Azərbaycanlı hüquqşünas beynəlxalq işçi qrupuna üzv seçilmişdir

Laied.az Hüquq Analitik İnformasiya Daycesti xəbər verir ki, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin sədri və Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətinin Şəbəkəsinin həmtəsisçisi Ramil İskəndərli, “Cinayətlərin Qarşısının Alınması və Cinayət Mühakiməsi üzrə Alyans” beynəlxalq təşkilatının növbəti aylıq onlayn görüşündə iştirak etmişdir. Görüşdə təşkilatın təşəbbüsü ilə yaradılmış “COVİD19 və Məişət Zorakılığı üzrə İşçi Qrupun” fəaliyyəti və cari ilin Oktyabr ayında onlayn formatda keçiriləcək Ümumdünya Məişət Zorakılığı Sammitinə hazırlıq işləri müzakirə olunmuşdur. Tədbirdə Ramil İskəndərli də çıxış etmiş və COVİD 19 pandemiyası dövründə Məişət Zorakılığının əksər ölkələrdə artmasını qeyd etmişdir. Alyansın görüşündə Ramil İskəndərli “COVİD19 və Məişət Zorakılığı üzrə İşçi Qrupu”nun üzvü seçilmişdir.

“Cinayətlərin Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə Alyans” beynəlxalq təşkilatı 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətçi statusuna malik olan və cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsinin yaxşılaşdırılmasına çalışan beynəlxalq QHT-lərin koalisiyası olaraq yaradılmışdır. Alyans sonradan BMT orqanları ilə məsləhətçi statusuna malik olmayan, lakin cinayət və ədalət mühakiməsində maraqlı olan seçilmiş milli QHT-lərin daxil olması üçün üzvlük imkanlarını genişləndirdi.
Alyansın missiyası cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi sahəsində araşdırma, tədris, təbliğat və islahatlara dəstək fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələrini koalisiyada bir araya gətirməkdir.

80-ci illərdən başlayaraq Alyans daha da inkişaf etməyə davam etdi və Vyanada BMT-in Narkotiklər və Cinayətlər üzrə Qərargahının (UNODC) ilə sıx əməkdaşlıq qurdu. Bu gün Alyansın Nyu-Yorkda beynəlxalq ofisi olan, mərkəzi ofisi Vyanada olan, onlayn, qarışıq iclaslar, veb sayt və daha çox sayda əlaqə yolu ilə Alyans üzvlərini birləşdirməyə çalışmaqda davam edir. Doktor Maykl Platzer Vyanada ofisə rəhbərlik etməklə UNODC və Missiyalarla birlikdə iş aparır. Dr Karen Judd Smith isə Alyansın Nyu-Yorkdakı beynəlxalq ofisinə rəhbərlik edir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin Mətbuat Xidməti