– Bu günlərdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Kanal13 TV-yə jurnalist Vəfa Fərəcovanın aparıcılığı ilə geniş müsahibə vermişdir. Müsahibədə aşağıdakı məsələlər müzakirə olunmuşdur:
- Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni və davamlı şəkildə körülüməsi
- BMT-nin Baş Assambleyasının və ATƏT-in Fakt Aaraşdırıcı missiyası
- Qeyri-qanuni köçürülmənin həm tarixi, həm də hüquqi aspektləri
- Qeyri-qanuni köçürülmənin beynəlxalq qurumların sənədlərində öz əksini tapması
- Beynəlxalq, regional qurumlar və bəzi ölkələr tərəfindən İşğal faktının tanınması
- Tovuz istiqamətində Ermənistan ordusunun provokasiyası, mülki şəxslərə və infrastruktura qarşı beynəlxalq hüquq normalarını pozan hərəkətləri
- Azərbaycanlıların xarici ölkələrdə etirazları və onlara qarşı ermənilər tərəfindən zorakılıq və nifrət cinayətləri
- BMT İnsan Hüquqları Şurasının xüsusi məruzəçisinə Ermənistana qarşı təqdimat (submission) sənədinin göndərilməsi
- Azərbaycanın BMT Nizamnaməsi ilə nəzərdə tutulan özünü müdafiə hüququnun həyata keçirilməsi məsələləri
- Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin fəaliyyəti və s. Maraqlananlar müsahibənin VİDEOYAZISINI BURADAN izləyə bilərlər

