Ermənistan hökümətinin ayırdığı maliyyə dəstəyi ilə Livan erməniləri hal-hazırda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bögəsinə köçürülməkdədir – Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, açıqlama ilə çıxış etmişdir. Onun dediklərinə əsasən, Eurasianet.org adlı beynəlxalq araşdırma saytına əsasən, erməni müəllif Ani Mejlunyan məqaləsində qeyd etmişdir ki, Qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Arayik Arutunyanın sözlərinə görə, Ermənistan hökümətinin ayırdığı maliyyə dəstəyi ilə Livan erməniləri hal-hazrıda işğal olunmuş Dağlıq Qarabağ bögəsinə köçürülür.

Bu fakti Livandakı erməni diasporunun rəhbəri Zareh Siranyan da təsdiqləyir. Ermənistan höküməti bu məqsəd üçün əvvəl 50000 dollar, sonra isə 35000 dollar pul ayırıb. Məqalədə həmçinin Azərbaycanın ermənilərin Qarabağa Livandan köçürülməsinə etiraz etdiyi də bildirilir.

Ramil İskəndərli hesab edir ki, son aylarda baş verən Tovuz hadisələri ilə birgə, bu qeyd olunan faktları nəzərə alsaq, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən ona verilmiş özünümüdafiə hüququndan istifadə etmə zərurətini bir daha aktual edir. Xatırladaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, “dövlət silahli hücum zamanı özünü müdafiə etmək məqsədilə fərdi qaydada və ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər”.