Monday, 21 Sep 2020

Azərbaycan özünümüdafiə hüququndan istifadə edə bilər – AÇIQLAMA

SIA.az
“Eurasianet.org adlı beynəlxalq araşdırma saytına əsasən, erməni müəllif Ani Mejlunyan məqaləsində “Qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Arayik Arutunyanın sözlərinə görə, Ermənistan hökümətinin ayırdığı maliyyə dəstəyi ilə Livan erməniləri hal-hazrıda işğal olunmuş Dağlıq Qarabağ bögəsinə köçürüldüyünü etiraf edib. Bu faktı Livandakı erməni diasporunun rəhbəri Zareh Siranyan da təsdiqləyir”. SİA-nın məlumatına görə, bunu açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, Ermənistan höküməti bu məqsəd üçün əvvəl 50 min dollar, daha sonra isə 35 min dollar pul ayırıb. Məqalədə həmçinin Azərbaycanın ermənilərin Qarabağa Livandan köçürülməsinə etiraz etdiyi də bildirilir.

R.İskəndərli hesab edir ki, bu cür faktlar, Azərbaycanın bir daha, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən ona verilmiş özünümüdafiə hüququndan istifadə etmə zərurətini aktual edir.

Müəllif: Aysel Məmmədova
Mənbə: https://sia.az/az/news/politics/824753.html