Monday, 21 Sep 2020

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Kərimli əlilliyi olan şəxslərə qarşı laqeyd münasibət barədə fikir bildirdi

Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

Ötən gün Mərdəkan-Zuğulba yolunun üzərində növbəti yerüstü piyada keçidinin tikilməsi və ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı haqqında geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, bu insanların təhlükəsizliyi üçün əhəmiyyətli və lazımlı qurğudur.

Yayılan məlumatlarda o da qeyd olunmuşdur ki, yerüstü piyada keçidindən əlilliyi olan çəxslərin, xüsusilə təkərli kürsü (əlil arabası) istifadəkiləri də rahat istifadə edə biləcəklər. Buna əmin olmaq üçün bu gün Əlil Təşkilatları İttifaqının monitorinq qrupu qeyd olunan obyektdə olmuşdur. Apardığımız monitorinq deməyə əsas verir ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan ramp (pandus) bir neçə cəhətdən standartlara uyğun deyildir (əsas çatışmazlıqlar):

Yoldan rampa çıxışda səki vardır
Rampın mailliyi hərəkət boyunca müxtəlifdir, bir çox yerlərdə maillik faizi böyükdür (8%, 9%, 10% və s.)
Rampın üzünluğu həddindən artıq çoxdur (80m)
Ramp üzərində tutacaqlar yoxdur
Rampın səthi çox hamardır.
Bunlara əslanaraq deyə bilərik ki, rampdan təkərli kürsüdə (əlil arabasında) və çətin hərəkət qabliyyətinə malik olan şəxslərin sərbəst istifadə etməsi qeyri mümkündür. Bunu layihələndirən mümarın gürünür əlillik sahəsindən, standartlardan ümumiyyətlə bilgisi yoxdur.


Burada qaldırıcı qurğunun qoyulması daha məqsədəuyğun, istifadə üçün daha rahat, iqdisadi cəhətdən daha az məsrəfli olardı. Avtomobil Yolları Agentliyi artıq neçənci dəfədir bu xətalara yol verir. Bu həm əlilliyi olan, çətin hərəkət qabliyyətinə malik çəxsləerə qarşı laqeydlikdir və eyni zamanda ölkə prezidentinə məlumatın düzgün verilməməsidir. Yaxşı olardı ki, növbəti analoji fəaliyyətləri həyata keçirən zaman bu sahə üzrə mütəxəsislərlə məsləhətləşmə aparılsın.

Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının Prezidenti

Mənbə: http://udpo.az/read.php?lang=1&content=2742&fbclid=IwAR0iT8faj7MLvHD43DKpDgXYcj9c47jWbkncrPCVcV7D8CJddTWjla9OVDU