Sunday, 25 Oct 2020

“Ermənistanın cəzalandırılması ilə bağlı xüsusi beynəlxalq tribunal yaradılması üçün BMT TŞ-na müraciət təklifini dəstəkliyirik” – Ramil İskəndərli

27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və mülki infrastruktu atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş və yaralanmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) hadisələrlə bağlı etiraz bəyanatı yayılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğun verdiyi açıqlamada deyilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Hər iki açıqlamada son olaraq qeyd olunur ki, Ermənistanın törətdikləri beynəlxalq müharibə cinayətləri ilə bağlı xüsusi betnəlxalq tribunalın yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir.

Məsələyə münasibət bildirən, “Hüquqi Təhlil və Aradırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd etmişdir ki, “Biz Ermənistanın cəzalandırılması ilə bağlı xüsusi beynəlxalq tribunal yaradılması üçün BMT TŞ-na müraciət təklifini dəstəkliyirik. Beləki, Ermənistanın hərbi təcavüzü nəticəsində “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmuşdur. Cenevrə konvensiyasına əsasən, mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır. Konvensiyaya tərəf olan bütün ölkələr qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən Cenevrə konvensiyalarına, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər”.

Ramil İskəndərli həmçinin qeyd etmişdir ki, müasir beynəlxalq hüquq xüsusi beynəlxalq tribunalın yaradılması ilə Ermənistan tərəfindən törədilən cinayətlərə görə cəzalandırlmanı mümkün edir. Həm beynəlxalq hüquq, həm də milli hüquq sistemi nəzərə alınmaqla baş vermiş və hal-hazırda davam edən cinayətlərə görə Azərbaycan konkret iddialarla çıxış edə bilər. BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə, ad hoc hərbi tribunalın yaradılması həm nəzəri, həm də praktiki baxımdan mümkündür. Artıq bu sahədə beynəlxalq təcrübə mövcuddur. Nürnberq hərbii tribunalı, Yuqoslaviya, Şərqi Timor, Sierra Leone, Ruanda və s. ad hoc beynəlxalq məhkəmələr müxtəlif dövrlərdə məhz bu məqsədlərlə yaradılmış və cinayətkarlar öz haqlı cəzalarını almışlar”.

Vacib məqam ondan ibarətdir ki, cinayətlə bağlı artıq milli səviyyədə hüquqi mexanizmlər işə salınınb və Baş Prokurorluğun açıqlamasında deyildiyi kimi, Ermənistan hərbi birləşmələrinin törətdikləri cinayətlərlə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.

“Planet” Hüquq Analitik E-Daycest.