Sunday, 25 Oct 2020

Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansının BMT-nin Uşaq Hüquqları Komitəsinə müraciəti

Azərbaycanın 40-dan çox QHT-ləri və uşaq təşkilatını birləşdirən Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansı, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası ərazilərinin Qarabağda, eləcə də münaqişə zonasına aidiyyatı olmayan şəhər və kəndlərin atəşə tutulmasına etirazını bildirir!

“Erməni silahlı birləşmələrinin Ermənistan ərazisindən Gəncə şəhəri, Tər-Tər, Şəmkir, Bərdə, Beyləqan və digər ərazilərin atəşə tutulması nəticəsində 27 sentyabrdan bu günə qədər 31 mülki əhali həlak olub, onlardan 5-i uşaq, 5-i isə qadındır. Eyni zamanda, 160 dinc sakin yaralanıb, 142 mülki obyekt, 1050 yaşayış evi yararsız vəziyyətə düşüb.
Ümumiyyətlə, Qarabağ müharibəsi zamanı 175 uşaq faciəvi şəkildə öldürülmüş, yüzlərlə insan yaralanmış, 66 nəfər itkin düşmüş, 29 nəfər girov götürülmüşdür.
Azərbaycanda uşaqlar nəinki silahlı münaqışə, eləcə də atəşkəs dövründə də erməni təcavüzkarlarının hədəfi olmuşdur.

1994-cü ildən bəri atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı oldu, onlardan 14-ü öldürüldü, 20-si yaralandı. Xatırladaq ki, 2017-ci ildə Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndinə 82 və 120 mm-lik minaatanlardan və ağır qumbaraatanlardan atəş açmış, nəticədə 18 aylıq qız Zəhra Quliyeva və 50 yaşlı nənəsi Sahibə Quliyev vəfat etmişlər. Bu qətl Ermənistanın əsl rənglərini göstərməklə bütün dünyanı sarsıtdı, lakin dünya ictimaiyyətinin cavabsızlığı üzündən ermənilər yenə də cəzasız qaldılar. Münaqişə illərində erməni silahlı qrupları məqsədyönlü şəkildə Azərbaycanın mülki və mülki obyektlərini, o cümlədən məktəbləri, xəstəxanalarını və inzibati binalarını hədəf aldı.

Humanitar hüquq aspektləri

Problemin hüquqi tərəflərinə gəldikdə, IV Cenevrə Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mülki şəxslərin qorunması konvensiyası uşaqların qorunması sahəsində beynəlxalq humanitar hüququn təməl daşıdır. Beynəlxalq Humanitar Hüquq (IHL) ayrıca qadınlar, uşaqlar və köçkünlər kimi xüsusilə həssas mülki qrupları müəyyənləşdirir və onları qoruyur. Uşaq və qadınların xüsusi müdafiəsindən danışırıqsa, beynəlxalq humanitar hüquq uşaqlara və qadınlara hərbi əməliyyatlarda iştirak etməyən şəxslər və xüsusilə həssas olan insanlar kimi qorumanı özündə ehtiva edir.

Ümumiyyətlə 1949-cu il IV Cenevrə Konvensiyasında uşaqların xeyrinə bir çox müddəalar mövcuddur. Beynəlxalq olmayan silahlı qarşıdurmalarda, uşaqlar İV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən göstərilən döyüşlərdə iştirak etməyən şəxslərin müdafiəsi ilə əlaqəli təməl zəmanətlər verir. Bu maddəyə əsasən, qarşıdurmalar zamanı uşaqlar ən azından, insani davranma hüququna sahibdirlər. Həyatlarına və şəxslərinə və ləyaqətlərinə təcavüz olmamalıdır. 1977-ci il II Protokolu ayrıca mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum məruz qalmağının yolverilməzliyi ilə bağlı normalar və prinsiplər müəyyən edir. Beləliklə, beynəlxalq olmayan silahlı qarşıdurmalar zamanı uşaqların xüsusi qorunması prinsipi açıq şəkildə ortaya qoyulmuşdur. “Əsas zəmanətlər” adlı II Protokol, 4-cü maddə yalnız uşaqlara həsr olunmuş bir bənddən ibarətdir. Burada deyilir: “Uşaqlara tələb olunan qayğı və yardım göstəriləcək”. Bu maddə daha sonra uşaqlara nisbətən xüsusi tədbirləri sadalayır. 4-cü maddənin quruluşu II Protokol müəlliflərinin beynəlxalq olmayan silahlı qarşıdurmalar zamanı uşaqların qorunmasını nə qədər vacib hesab etdiyini göstərir və bu münaqişələr zamanı uşaqların xüsusi qorunması prinsipinin bununla təsdiqlənməsini təmin edir.

İnsan Haqları Hüququ aspektləri

Uşaqlar yalnız Beynəlxalq humanitar hüquqla deyil, həm də Beynəlxalq insan haqları hüquqları ilə də qorunur.
Uşaq Hüquqları Konvensiyasının (1989) 38-ci maddəsinə görə, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Silahlı münaqişələr zamanı mülkü əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişəyə məruz qalmış uşaqların müdafiəsinin və onlara baxılmasının təmin edilməsi üçün mümkün olan bütün tədbirləri görürlər.
Beləliklə, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəf alaraq yalnız humanitar hüquqlar çərçivəsində hərbi cinayətlər törətmir, eyni zamanda beynəlxalq insan hüquqlarının prinsip və müddəalarını kobud şəkildə pozur.
Ermənistan eyni zamanda Silahlı Münaqışələr dövründə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannamədə nəzərdə tutulan və Bəyannaməyə hamı tərəfindən ciddi əməl olunmasını tələb edən prinsipləri pozdu.
Mülki əhaliyə, xüsusən də əhalinin ən həssas üzvləri olan qadınlara və uşaqlara hesablanmayan əziyyətlər verən hücumlar və bombardmanlar qadağan edilir və bu cür hərəkətlər pislənilir.

Təəssüf ki, bu beynəlxalq ictimaiyyətin Ermənistanın hərəkətlərinə dərhal reaksiya göstərəcəyi demək deyil. Biz dəfələrlə şahid olmuşuq ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı qanunsuz hərəkətlərinə göz yummuşdur. Belə bir vəziyyətdə yeganə düzgün yol, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin tələb etdiyi kimi Ermənistanı işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarmağa məcbur etmək üçün Azərbaycan ordusunun sülhə məcburetmə əməliyyatlarını davam etdirməkdir.
Ermənistanın Azərbaycana və Azərbaycan xalqına təcavüzünü, işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonda erməni silahlı birləşmələri və erməni ekstremistləri tərəfindən törədilən mədəni və dini abidələrə qarşı vandalizmi də qətiyyətlə pisləyirik!

Bir daha dünya ictimaiyyətini, xüsusilədə BMT-nin Uşaq Hüquqları Komitəsini və beynəlxalq uşaq hüquqları təşkilatlarını işğalçını qınamağa çağırırıq. Təcavüzkar Ermənistanı BMT-nin münqaişə ilə bağlı 4 qətnaməsinə əməl etməyə və Azərbaycan torpaqlarını tərk etməyə məcbur etməyə çağırırıq!

Azərbaycan Uşaq Hüquqları QHT İttifaqı – 40 QHT tərəfindən imzalanmışdır