Friday, 27 Nov 2020

“Mulki əhali atəş altında!” adlı hesabatın mətbuat üçün təqdimatı keçirildi


(ATV Reportaj)

Bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin konfrans zalında işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilmişdir. Hesabat ingilis dilində hazırlanmış və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulmuşdur.
Tədbiri giriş sözü ilə açan “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirmişdir ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlərin beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanmışdır. Hesabatla burada tanış ola bilərsiniz:
Civilians are under attack Report 11 nov

Hesabat aşağıdakı məsələləri əhatə etmişdir:
• Beynəlxalq hüquqda mülki şəxslərin qorunması
• Qarabağ münaqişəsi haqqında bilməli olduğumuz bəzi faktlar
• Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itikilərin sayı
• Atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması
• Bərdədə mülki şəxslərin kütləvi qətli
• Gəncəyə raket zərbələri və insan tələfatı
• Mülki insanlara humanitar dəstək
• Ermənistandan neft kəmərinə raket zərbəsi
• Azərbaycan yalnız hərbi obyektlərə zərbə vurmaqla müharibə qanunlarına riayət etməsi
• Beynəlxalq hüquqda silahlı qarşıdurmalarda qadın və uşaqların qorunması
• Ermənistan ordusunda azyaşlı əsgərlərdən istifadə və beynəlxalq hüquqi aspektlər
• Qarabağda təhsil müəssisələrinin Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadəsi
• Uşaqların xüsusi qorunmasının beynəlxalq hüquqi aspektləri
• Mülki insanları qorumaq üçün Azərbaycan tərəfindən həyata keçirilən Ermənistanı sülhə məcburetmə siyasəti və beynəlxalq hüquq və doktrinalara uyğunluğu
• Nəticə və beynəlxalq birliyə müraciət
Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənılməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur. Tədbirin sonunda Ramil İskəndərlinin söylədiyiniə görə, “Ali Baş Komandan İlham Əliyevin işğalçı Ermənistana qarşı tətbiq etdiyi sülhə məcburetmə məqsədilə əks-hücum strategiyası beynəlxalq humanitar hüquq dərsliklərinə düşəcək”.
BAKU TV tərəfindən tədbirdən hazırlanmış reportajı buradan izləyə bilərsiniz:

HTA