Prezident İlham Əliyevin Şuşanın dirçəldilməsi üzrə siyasəti artıq həyata keçrilməyə başladı

“Şüşa artıq dirçəlir!”. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, əslən Şuşadan olan beynəlxalq humanitar hüququ üzrə mütəxxəssis, Ramil İskəndərli demokrat.az saytına verdiyi açıqlamasında bu sözləri demişdir.

QHT sədri qeyd etmişdir ki, şanlı Azərbaycan ordusunun Şuşanın işğaldan azad etməsi ilə bağlı cənab Prezidentin xalqa müraciəti zamanı çıxışının sonunda “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərin söyləmişdir. Bu gün biz görürük ki, Prezidentin Şuşanı dirçəltmək planları artıq həyata keçirilməkdədir”.

q

Ramil İskəndərlinin vurğulamışdır ki, “Pezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülməyə başlamışdır. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komentdant təyin olunub. Şöbə əməkdaşları artıq işladan azad edilmiş Şuşa şəhərindədir. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib. Bu barədə Demokrat.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, yaxın günlərdə idarənin fəaliyyəti təmin olunacaq.

Son olaraq, Ramil İskəndərli açıqlamasında demişdir ki, “Bütün bu işlər bizə deməyə əsas verir ki, yaxın zamanlarda Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə həyat yenidən dirçələrək öz normal həyatına qayıdacaqdır. Hamını Konstitusiya günü münasibətilə təbrik edirəm”.