Dünya Uşaqlar Gününə həsr olunmuş Beynəlxalq Humanitar Hüquq üzrə Virtual Konfransı keçirilmişdir

Xarici ekspertlərin iştirakı ilə Beynəlxalq Bakı Virtual Humanitar Hüquq Konfransı keçirilmişdir

24 Noyabr 2020-ci il tarixində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənən layihə çərçivəsində Silahlı münaqişələrdə mülki əhalinin qorunması üzrə 1-ci Benəlxalq Bakı Virtual Humanitar hüquq Konfransı onlayn platforma üzərindən təşkil olunmuşdur.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi sədri Ramil İskəndərlinin demokrat.az saytına verdiyi məlumata əsasən, Dünya Uşaq Gününə həsr olunmuş bu tədbirin əsas məqsədi beynəlxalq hüquq, beynəlxalq münasibətlər, konfliktlərin həlli, xarici və yerli QHT rəhrbərləri, uşaq və qadın hüquqları üzrə mütəxəssislər və araşdırmaçıların iştirakı ilə konfrans təşkil etməklə silahlı münaqişələrdə mülki əhalinin qorunması məsələlərinin həm nəzəri həm də praktiki aspektlərinin müzakirəsi, eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ problemi kontekstində mövqeyimizin beynəlxalq icmaya çatdırılması olmuşdur.
Bur neçə beynəlxalq ekspertlər konfransın işində yaxından iştirak etmişlər. Tədbirin açılışında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli iştirakçıları salamlamış və tədbirin məqsədi və gündəliyi barədə məlumat vermişdir.
İsveçin Raul Vollenberg İnstitutunun professoru, hüquq üzrə doktor, cənab Layal Sunqa konfrans iştirakçılarına beynəlxalq humanitar hüquqda mülki şəxslərin qorunması ilə bağlı, Türkiyəli ekspert, hüquq üzrə doktor, xanım Gülnur Erdoğan isə humanitar hüquq və insan hüquqları arasında mülki şəxslərin qorunmasına nəzərən müqayisəli təhlilini apardı. Xanım Gülnur Erdoğan eyni zamanda onu qeyd etdi ki, Azərbaycan hüquqşünasları gələcəkdə “dövlətin məsulliyyəti” konsepsiyasına əsaslanaraq Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı açacağı təzminatla bağlı davalarda arqument kimi istifadə edə bilərlər. Belə ki ekspertin dediyinə görə “Çıraqov və başqaları Ermənistana qarşı” olan işdə deyilir ki, Ermənistan Dağlıq Qarabağ ərazisində o dövrdə tam kontrola sahib olduğuna görə dövlət olaraq orada baş verənlərə birbaşa məsuliyyət daşıyır.
Dinc əhalinin beynəlxalq hüquqda qorunması ilə bağlı BMT-nin CEDAW komitəsinin ekspert üzvü, Elgün Səfərov iştirakçılara həm beynəlxalq, həm də Qarabağ müharibəsi kontekstində qadın və uşaqların xüsusi olaraq qorunmasının əhəmiyyəti barədə geniş izah vermişdir.
Beyməlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi, xanim Jalə Əzizova öz təqdimatında silahlı münaqişlər zamanı Komitənin konfliktən zərər çəkmiş şəxlər, ailələrlə bağlı gördüyü humanitar fəaliyyət və mandatına aid olan digər fəaliyyətlər barədə geniş məlumat verdi.
Yerli ekspertlərdən, Uşaq hüquqları üzrə QHT Alyansının koordinatoru Kəmalə Aşumova Qarabağ münaqişəsində Ermənistan dövlətinin mülki əhalimizə, xüsusilə uşaq və qadınlara qarşı törətdiyi cinatərlərdən, humanitar hüquq üzrə mütəxəssis Rəşid Məmmədov isə Ermənistanın Azərbaycana illər boyu davam edən mədəni soyqırımı barədə ətraflı məlumat verdilər.
Ramil İskəndərli isə “Mülki şəxslər atəş altında” adlı hazırladığı hesabat barədə təqdimat etdi, və hesabatın Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda “44 günlük” muharibə zamanı Azərbaycanlı mülki şəxslərə qəsdən edilən hücumlarının faktiki və hüquqi aspektlərini əhatə etdiyni və aidiyyatı üzrə BMT orqanları və beynəlxalq dövlətlərarası və qeyri-hökumət təşkilatlarına göndərildiyni qeyd etdi. Onun sözlərinə görə, Ermənistan dövləti Azərbaycana və onun dinc əhalisinə qarşı bir sıra insanlıq əleyhinə cinayətlər törətmiş və nətciədə 94 nəfər həlak olmuş, 400-dən çox yaralnmış və 4000-də çox mülki infrasturktur tamamilə yarasız vəziyyətə gətirilmişdir. Ermənistanın həm dövlət olaraq məsuliyyət daşıması ilə bərabər, həm də ayrı-ayrı müharibə cinayətkarlarının gələcəkdə cəzalandırılacağı əminliyini bildirmişdir. Çıxışın videoyazısını buradan izləyə bilərsiniz:

Tədbirin ikinci hissəsində isə əsas etibarilə gələcəkdə müharibədən əziyyət çəkən əhalisinə dəstək məqsədilə yönəlmiş mümkün tədbirlər və proqramlar müzakirə edilmişdir. Müzakirələrdə bu sahədə BMT-in Uşaq Fondunun (UNİCEF) vaxtilə Azərbaycanda beynəlxalq konsultantları olmuş, Londonda yerləşən Quantum5 təşkilatının rəhbəri cənab Zubeyir Anvar-Bavani və Azərbaycanda çalışan cənab Nik Nvolisa, eyni zamanda Niderlandın “Athelos” təşkilatının rəhbəri cənab Martin Van Der Ven öz çıxışlarında gələcəkdə “44 günlük müharibə”dən zərər çəkmiş əhali ilə bağlı tədbirlər üzrə konkret təkliflər vermiş və mövzu ətrafında yerli iştirakçılarla birgə müzakirələr keçirilmişdir. Cənab Zubeyir Anvar-Bavani yaxın gələcəkdə bu cür onlayn müzakirə xarakterli konfransın keçirilməsi təklifi irəli sürdü.

Tədbiri yekunlaşdıran Ramil İskəndərli yaxın gələcəkdə bölgədə sülhün tam bərqərar olunmasını və münaqişə zonasında normal həyatın bərqərar olunmasını arzu edərək, bu cür konfransların canlı şəkildə ildə və yaxud iki ildə bir dəfə olaraq Bakıda, Şuşada və digər şəhərlərdə keçirilməsi ilə bağlı fikir irəli sürdü.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi