Saturday, 17 Apr 2021

Vətən müharibəsi dövründə QHT-lərin fəaliyyətinə dair 2 hesabat toplusunun təqdimatını keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə dair yerli və xarici QHT-lərin hesabatları” və “Vətən müharibəsi dövründə QHT sektorunun fəaliyyətinə dair ilkin hesabat” toplusundan ibarət 2 nəşr hazırlayıb.

Hesabatın təqdimatından reportajla burada tanış ola bilərsiniz:

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, “Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə dair yerli və xarici QHT-lərin hesabatları” adlı nəşrdə 9-u yerli, 3-ü xarici QHT olmaqla 12 təşkilatın hesabatı toplanıb.

Azərbaycan QHT-lərinin hazırladığı hesabatlar:

1.“Vәtәn müharibәsi: başlanma sәbәblәri, yaratdığı fәsadlar vә törәdilәn cinayәtlәrә dair”,
2.“Ermәnistan silahlı qüvvәlәri tәrәfindәn Azәrbaycanın mülki әhalisinә qarşı qadağan olunmuş silahlardan istifadәyә dair”,
3.“Ermәnistanın Azәrbaycana hәrbi tәcavüzü nәticәsindә qadınların, uşaqların qәsdәn öldürülmәsi, yaralanması vә hüquqlarının kobud şәkildә pozulması ilә bağlı”
4.“Azәrbaycan Hüquq Müdafiә Tәşkilatları Monitorinq Qrupunun Qarabağ uğrunda gedәn Vәtәn müharibәsi zamanı dinc әhalinin hәdәfә alınması ilә bağlı”
5.“Ermәnistan silahlı qüvvәlәrinin Dağlıq Qarabağda silahlı münaqişә zamanı Azәrbaycanın mülki şәxslәrinә qәsdәn hücumlarının faktiki vә hüquqi aspektlәri ilә bağlı”,
6.“Ermәnistan vә ermәni lobbisinin azad sözü boğmaq mәqsәdilә Ermәnistan-Azәrbaycan münaqişәsini obyektiv işıqlandıran beynәlxalq media orqanlarına vә jurnalistlәrә qarşı tәhdid vә tәzyiqlәri haqqında”
7.“Azәrbaycanın dini, tarixi vә mәdәni abidәlәrinin Ermәnistan tәrәfindәn dağıdılması vә tәhqir olunması faktlarına dair”,
8.“Ermәnistanın Azәrbaycan әrazilәrindә törәtdiyi ekoloji terror vә beynәlxalq neft-qaz xәtlәrinin qәsdәn hәdәfә alınması haqqında”,
9.“Ermәnistan tәrәfindәn xarici ölkәlәrdәn gәtirilәn muzdluların vә terrorçu tәşkilat üzvlәrinin Azәrbaycana qarşı döyüşlәrdә istifadәsi haqqında”

Xarici QHT-lərin hazırladığı hesabatlar:

1.“New military clashes between Armenia and Azerbaijan”, “COJEP İnternational”, Fransa;

2.“Civilians are under attack!”, “NO Collective”, Böyük Britaniya;

3.“Nauji kariniai susirėmimai tarp Armėnijos ir Azerbaidžano ATASKAITA”, Litva.

Şura sədri bildirib ki, bu hesabatlarda Ermənistanın ölkəmizə qarşı törətdiyi müxtəlif cinayətlər, mülki əhalinin sıx yaşadığı bir sıra şəhər və rayonlarımızın ballistik raketlərdən və qadağan olunmuş bombalardan istifadə etməklə hədəfə alması, xalqımıza qarşı təşkil etdiyi soyqırımı və terror aktları, muzdlulardan və terrorçulardan döyüş əməliyyatları zamanı istifadə etməsi, beynəlxalq neft-qaz xətlərinin sıradan çıxarılmasına etdiyi cəhdlər, dini, mədəni və tarixi abidələrimizi dağıtması, ekologiya və ətraf mühitə vurduğu ziyan, söz və mətbuat azadlığına etdiyi basqılar və onlarla digər cinayətləri haqqında konkret faktlar və sübutlar əksini tapıb. Hesabatların topli halında da dünya ictimaiyyətinə çatdırılması üçün onlar ingilis, rus və fransız dillərində tərcümə olunur.

Azay Quliyev onu da bildirdi ki, Azərbaycana və mülki əhalimizə qarşı müharibə cinayətləri törətmiş insanların, xüsusilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin yerli və beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılması zamanı digər dəlillərlə yanaşı, QHT-lərin hazırladığı 335 səhifəlik bu hesabatlardan ətraflı istifadə olunacaq.

“Vətən müharibəsi dövründə QHT sektorunun fəaliyyətinə dair ilkin hesabat”da isə qeyri-hökumət təşkilatlarının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək tarixi qələbəmizə verdiyi töhfə, ordumuza və cəbhəyanı ərazidə yaşayan soydaşlarımıza göstərdiyi dəstək, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara və xarici ölkələrin rəhbərlərinə operativ şəkildə ünvanladığı müraciətlər və sosial media platformalarındakı fəaliyyəti işıqlandırılıb.

107 səhifədən ibarət olan ilkin hesabatda 44 günlük Vәtәn müharibәsi dövründә Azәrbaycan QHT-lәrinin çoxprofilli fәaliyyәti, o cümlәdәn Ali Baş Komandana, xalqa müraciәtlәri, Ermәnistanın ölkәmizә hәrbi tәcavüzü, müharibә cinayәtlәri vә digәr әmәllәri ilә bağlı müvafiq beynәlxalq tәşkilatlara vә bir sıra dövlәtlәrin rәhbәrlәrinә fәrdi vә kollektiv müraciәtlәri, işğalçıya qarşı adekvat addımların atılması üçün çağırışları әks olunub.

Azay Quliyev qeyd etdi ki, bu müddәt әrzindә QHT-lәr 39 beynәlxalq tәşkilata, 5 ölkәnin prezidentinə, parlamentinə və xarici işlər nazirlәrinә Ermәnistanın işğalçılıq siyasәti, törәtdiyi beynәlxalq cinayәtlәr vә digәr hüquq pozuntuları ilә әlaqәdar 22 kollektiv vә 16 fәrdi olmaqla 38 müraciət göndərib.

Vәtәn müharibәsi dövründә qeyri-hökumәt tәşkilatlarının әsgәr, gizir vә zabitlәrimizi, hәmçinin şәhidlәrimizin vә hәrbiçilәrin ailәlәrini daim diqqәt mәrkәzindә saxlaması, onlara maddi vә mәnәvi dәstәk göstәrmәsi ilә bağlı faktlarla da hesabatda tanış olmaq mümkündür.

İlkin hesabatda diqqәt yetirilәn mәqamlardan biri dә QHT-lәrin informasiya müharibәsindә üstünlüyümüzü tәmin etmәk, düşmәn vә onun havadarlarının ölkәmizә qarşı apardığı yalan vә böhtan kampaniyasını zәrәrsizlәşdirmәk vә Ermәnistanın Azәrbaycana qarşı törәtdiyi hәrbi vә soyqırımı cinayәtlәrini ifşa edәrәk dünya ictimaiyyәtini operativ vә geniş şәkildә mәlumatlandırması istiqamәtindә fәaliyyәtidir.

Sonda Azay Quliyev Vətən müharibəsi dövründә QHT-lərin gördüyü işləri yüksək qiymətləndirdi, siyasi dünyagörüşündən asılı olmayaraq bütün QHT-lәrin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək tarixi qələbəmizə və informasiya müharibəsinə verdikləri sanballı töhfəyə görə onların hamısına dərin təşəkkürünü bildirdi.

Hesabatlarla burada tanış olmaq olar:

Yerli və xarici QHT-lərin hesabatları

QHT sektorunun fəaliyyətinə dair ilkin hesabat