ATƏT PA-da Ermənistanın hərbi cinayətləri açıqlandı

Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günü çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.

QHT.az xəbər verir ki, iclas çərçivəsində Belçikanın nümayəndə heyətinin üzvü Mark Demesmeker və İsveç nümayəndə heyətinin üzvü Byorn Soder Azərbaycana qarşı qərəzli mövqedən etdikləri çıxışa cavab olaraq Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev Ermənistanın törətdiyi hərbi cinayətlərin aşağıdakı siyahısını sadalayıb və onları bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb:

1) Münaqişə zonasından yüzlərlə kilometr uzaqda yerləşən Azərbaycan şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketləri və kasetli bombalardan istifadə olunmaqla Ermənistan tərəfindən qəsdən hədəfə alındı və nəticədə 100-dən çox mülki şəxs öldürmüş və 500-ə yaxın insan yaralanmışdır.

2) Ermənistanın azərbaycanlı müharibə əsirlərinə qarşı qeyri-insani rəftar göstərməsi və onlara işgəncələrin verilməsi. Bu məsələ ilə bağlı çoxlu faktların mövcudluğu.

3) Hərbi əməliyyatlar zamanı Ermənistanın Yaxın Şərqdən olan terrorçuları, xüsusilə də PKK və ASALA üzvlərini Azərbaycana qarşı istifadə etməsi faktları. Yüksək hərbi potensiala və müasir hərbi infrastruktura malik olan Azərbaycanın heç vaxt qanunsuz terror təşkilatlarından və muzdlulardan istifadə etməməsi.

4) Minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina emtəklə Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam etməsi və işğaldan azad olunmuş ərazilərdə bu ölkə tərəfindən basdırılmış minaların partlaması nəticəsində onlarla azərbaycanlının həlak olması.

5) Münaqişə bitdikdən sonra Ermənistanın 26 noyabr 2020-ci ildə Azərbaycana göndərdiyi təxribatçı qrup tərəfindən törədilmiş terror aktı nəticəsində 4 azərbaycanlı hərbçinın həlak olması, bir nəfər mülki şəxs yaralanması.

Yuxarıdakı faktlar Ermənistanın beynəlxalq öhdəliklərini və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını kobud şəkildə pozmasını sübut edir.

Azay Quliyevin ATƏT PA-da çıxışı