Sunday, 11 Apr 2021

Blogger Tural Əzizov: “Çalışırıq ki, bacardığımız qədər insanların marağını hər cəhətdən cəzb edək”

Ölkəmizdə son illər populyarlıq qazanmağa başlayan bloq və bloggerlik, günümüzün aktual mövzularından biridir. Instagram, Facebook, TikTok və bu kimi digər sosial platformalarda fəallıq göstərən bloggerlər, fərqli sahələrdə öz bacarıqlarını göstərməklə yanaşı, bu işi bir əyləncə kimi yox, qazanc mənbəyi və bir peşə kimi də bacarıqla istifadə edirlər.
Bir çoxlarınızda sual yarana bilər ki, Bloq və Blogger ümumiyyətlə nə deməkdir?

Bloq – bir ingilis sözü olub, şəbəkə jurnalı və ya hadisələr gündəliyi olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan ven saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən ‎alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Bloq yaradan insanlara isə – Blogger və ya Bloqçu deyilir.
Bu gün isə, biz, öz oxucularımızı, Azərbaycanın ən məhşur blogger cütlüklərindən biri olan – “ZümrüdTural” cütlüyü ilə (Tural Əzizov və Zümrüd Kərimova) tanış edəcəyik.

Tural bəy, bloggerlik etmək fikiri sizdə haradan yarandı? Əsas peşənizin bununla bir əlaqəsi olub mu?

– İlk öncə bu məqaləni oxuyacaq hər kəsi salamlayıram.Və onu demək istəyirəm ki, bu fikir məhz Zümrüdə aitdir. Təbii ki, bizim peşəmiz pedaqoqdur, ancaq ətrafımızdakı insanların təkidi ilə və bacarığımız da olduğu üçün, bu sahəyə keçdik.

Konkret bir mövzu ilə əlaqədardır bloqlarınız, yoxsa geniş profilli mövzular seçirsiniz?

– Əlbəttə ki, bloggerlik müxtəlif cür başa düşülə bilər. Və bloggerlik özü özlüyündə müxtəlif sahələrə bölünür. Məsələn səyahət bloggerlik , fashion bloggerlik, beauty bloggerlik və s kimi sahələrə bölünür. Biz isə çalışırıq ki, bacardığımız qədər insanların marağını hər cəhətdən cəzb edək.

Hal-hazırda fəaliyyət göstərdiyiniz sosial platformada nə qədər izləyiciniz var?

– Hal-hazırda bir çox səhifə işlədənlər səhifəni nəinki 0-dan açmamaq, hətta o səhifə çox izləyiciyə sahib olsun deyə, paneldən yəni saxta izləyicilərdən kifayət qədər istifadə edirlər. Ancaq biz hər kəsin bildiyi kimi 0-dan səhifəmizi aktiv edib, hər bir izləyicini tək-tək özümüz qazanmışıq. Hal-hazırda 280 min izləyiciyə sahibik və biz həmin bizi izləyən insanları izləyici kimi yox, bir ailəmiz kimi görürük.

İzləyicilərinizin fikirləri, yazdıqları şərhlər sizin üçün nə qədərəcədə önəmlidir?

– Sahib olduğumuz hər bir izləyicinin fikri bizim üçün çox önəmlidir. Əgər ki, izləyici bizə dəyər verib, bizi izləyirsə, bizim də onun hər bir sualına, rəyinə cavab vermək bizim borcumuzdur. Hətta izləyicilər bizə yazırlar ki, siz digər bloggerlərdən fərqli olaraq bütün suallara cavab verirsiz və biz bununla qürur duyuruq.

Mənfi rəylərə münasibətiniz necədir?

– Bizə inanın ki, heç bir real profildən mənfi rəy gəlməyib. Ümumiyyətlə hər bir rəyi dəyərləndiririk və biz səhifəni açan zaman bizə mənfi rəylər yazılacağını da nəzərə almışdıq. Bizə adətən mənfi rəyləri saxta profillərdən xanım izləyicilər yazır və biz çalışırıq ki, onların fikirlərini önəmsəməyək. O qədər lazımsız mövzuda sözlər deyirlər ki, biz düşünürük ki, bir insan bunu heç vaxt düşünüb də yaza bilməz. Yalnız paxıllıqdan yaza bilərlər.

Sosial platformalarda rəqibləriniz var mı və rəqabətə necə baxırsınız?

– Biz özümüzə kimisə rəqib görmürük. Çalışırıq ki, öz işimizdə uğurlu olaq, uğur qazanaq. Rəqabət isə var əlbəttəki. Fikir versək görərik ki, hal-hazırda bir çox bloggerlər arasında güclü rəqabət gedir.

Ölkə xaricində fəaliyyətiniz olub mu? Olubsa, harada və hansı layihələrdə?

– Ölkə xaricində bizdə İstanbulda, Antalyada, Bodrumda , Gürcüstanın bəzi şəhərlərində layihələrimiz olub. Əfsuslar olsun ki, karantin oldu və bizim böyük Avropa turumuz baş tutmadı. Ancaq artıq karantin yumuşalmalarından istifadə edərək, müəyyən xarici səfərlərimizi yerinə yetirəcəyik.

Bu işdə sizin üçün əsas amil (və ya amillər) nədər ibarətdir? Populyarlıq, qazanc, əyləncə….?

– Təbii ki, kimsə çıxıb desə ki, qazanc önəmli deyil, yalan danışmış olar. Qazanc hər birimiz üçün önəmli bir amildir. Bu işdə bizim üçün əsas amillər həm qazanc, həm populyarlıq, həm də əyləncədir. Sözsüz ki, küçəyə çıxan zaman bizi tanımaları, bizi sevmələri, bizimlə şəkil çəkdirmələri bizim üçün əvəzsizdir.

İstərdik ki, növbəti sualımıza həyat yoldaşınız, Zümrüd xanım cavab versin. Bildiyimizə görə, bu yaxınlarda övladınız dünyaya gəlib. Ailə həyatı Bloggerlik etməyinizə bir əngəl yaradır mı?

– Sualınız üçün təşəkkür edirəm. Onu qeyd eləmək istəyirəm ki, övladımız dünyaya gəlməmişdən öncə çəkilişlər bizim üçün çox rahat idi. Biz günün hər hansı bir saatında hər hansı bir plan olmadan sərbəst bir şəkildə çəkiliş edirdik. Lakin indi biz adi bir çəkiliş üçün bir neçə gün öncədən plan qururuq.

Və sonda ənənəvi bir sual – gələcək planlarınız haqqında bizim oxuculara nə deyə bilərsiniz?

– Gələcək üçün bir çox planımız var. Bu planlardan biri bizim film çəkilişi planıdır. Və karantindən sonra bu planı həyata keçirməyə çalışacağıq. Və əlavə olaraq onu demək istəyirəm ki, yaxın günlərdə başqa bir xarici ölkədə yeni layihəmizi gerçəkləşdirəcəyik. Bu arada gözəl suallarınız üçün sizə təşəkkürümüzü bildiririk.

Laied.az