Sunday, 11 Apr 2021

“Liderliyin sirləri” mövzusunda açıq vebinar keçiriləcək

Liderliyin sirləri barədə məlumat almaq istəyirsiz?
• Liderlik barədə yalnış mifləri bilmək istəyirsiz?
• Liderliyin xüsusiyyətləri və üslublarını bilmək istəyirsiz?
• Qeyri-formal liderlərin hansı xüsusiyyətlərlə fərqləndiyini bilmək istəyirsiz?
• Liderlik dəyərlərini bilmək və liderlik bacarıqlarına yiyələnmək istəyirsiz?
• Yaxın gələckdə “Liderliyin sirləri” mövzusunda təlimlər kursu sessiyalarında iştirak etmək istəyirsiz?
• “Liderliyin sirləri” adlı tezislərdən ibarət kitabçaya sahib olmaq istəyirsiz?

Aprel ayının 3-də saat 11:00-da sizi “Liderliyin sirləri” adlı 2 saatlıq açıq vebinar-mühazirəyə dəvət edirik. Vebinarda iştirak sayı məhduddur, qeydiyyatladır və pulsuzdur.
Açıq Vebinar “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən keçiriləcək və mövzu üzrə ekspert Ramil İskəndərli tərəfindən aparılacaqdır.

Ramil İskəndərli 2005-ci ildə Böyük Britaniyada Con Smit Fellouşip programı üzrə Liderlik və düzgün idarəetmə, ABŞ Dövlət Departamentinin İVLP Gənclər üçün Liderlik programında, 2007-ci ildə ABŞ-nin Mərkəzi Avrasiya Liderlik Akademiyası (CELA) proqramında, 2008-ci ildə Çeveninq fellouşip proqramı ilə İngiltərənin Nottingem Universitinin hüquq fakültəsində İnsan hüquqları üzrə 3 aylıq ixtisasartırma kursunda, 2017-ci iləd isə Harvard Universiteninin Kennedy İdarəçilik Məktəbinin Davamedici Təhsil programının təqaüdü ilə 4 aylıq “Liderlik, Təşkilatlanma və Fəaliyyət” mövzusunda onlayn kursunda iştirak etmişdir. Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GİZ) xəttilə Frankfurt Oderdə Avropa Viadrina Universitetində Humanitar Hüquq və İnsan Hüquqları üzrə Magistr dərcəsinə yiyələnmişdir.
Beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində bir sıra məqalə və yazıların müəllifidir. “44 günlük” müharibə zamanı Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquqi qiymətləndirməsi üzrə “Mülki Şəxslər Hücum Altında” (Civilians are under Attack) hesabatının müəllifi olmuşdur.

Vebinarda iştirak üçün aşağıdakı keçiddən Qeydiyyat formasını tam doldurmaq zəruridir:

https://forms.gle/Gdyd33sDN5ALbRREA

Tədbirin Facebook səhifəsi:https://fb.me/e/1eowIpmhZ