QHT sədri Asiya İnkişaf Bankının görüşündə iştirak edir

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən (HTA) verilən məlumata əsasən, HTA sədri Ramil İskəndərli cari ilin May ayının 3-dən etibarən Asiya İnkişaf Bankının (AİB) 54-cü illik Yığıncağında iştirak etməkdədir. Pandemiya ilə bağlı vəziyyət nəzərə alınaraq, bu ilki tədbir onlayn formatda keçirilir. QHT sədri AİB-in əvvəlki illərdə Bakıda, Frankfurt Maynda və Yokoqamada keçirdiyi illik Ümumi Yığıncağın Vətəndaş Cəmiyyəti Forumunun təşkil etdiyi sessiyalarında iştirak etmişdir.

Daha sonra bildirilir ki, Ramil İskəndərli 3 gün ərzində əsas etibarilə üzvü olduğu AİB Vətəndaş Cəmiyyəti Forumunun sessiyalarına qatılacaq. Bu cür görüşlərdən biri May ayının 3-ü AİB Vətəndaş Cəmiyyəti Forumunun üzvləri və Asiya İnkişaf Bankının Prezidenti cənab Masatsuqu Asakava arasında keçirilmişdir. Görüş AİB QHT və Vətəndaş Cəmiyyəti Mərkəzinin rəhbəri cənab Kris Morrisin moderatorluğu ilə keçirilmişdir. Görüşdə dünyanın müxtəlif ölkələrində AİB tərəfindən maliyyələşdirilən layihələrin vətəndaş cəmiyyəti tərəfindən monitorinqi və ictimai ictiratkşılığı mexanizmləri müzakirə edilımişdir. Konkret təkliflər səslənmişdir.