“Dünya vəkil cübbələri və atributları” sərgisi açılıb – Foto/Video

Azərbaycan vəkillərinin peşə bayramı olan 28 dekabr – Vəkil Günü ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun təşkilatçılığı ilə dekabrın 17-də Muzey Mərkəzində “Dünya vəkil cübbələri və atributları” sərgisi açılıb.

Sərgidə “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun kolleksiyasında yer alan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunur. Burada, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları sərgilənir. Eksponatlar arasında dünyanın müxtəlif ölkələrindən gətirilmiş 70-dək vəkil və hakim cübbəsi yer alır. Sərgi cari ilin Dekabr ayının 29-dək davam edəcək və giriş pulsuzdur. (Mənbə: https://barassociation.az/news/789).

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli sərgini ziyarət etmiş və öz düşüncələri ilə “Space TV” efirində bölüşmüşdür: