HTA ECOSOC-a üzv oldu

“Hüquqi Təhlil və Araşdırmalar” (Legal Analysis and Research NGO) İctimai Birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunub.
Bu barədə QHT.az-a təşkilatın sədri Ramil İskəndərli məlumat verib.

Ictimai Birlik sədri qeyd edib ki, bu ilin sentyabr ayında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT-lərlə iş üzrə Komitəsində keçirilmiş iclasında “Hüquqi Təhlil və Araşdırmalar” (Legal Analysis and Research NGO) İctimai Birliyinin ECOSOC-a üzvlüyü barədə tövsiyə edilmişdir. Nəhayət dekabrin 7-də rəhbərlik etdiyim bu təşkilat fəaliyyətinin 10-cu ilində ECOSOC-un Xüsusi Konsultativ Statuslu üzvü seçilmişdir.