Friday, 30 Oct 2020

COVİD-19 PANDEMİYASI ZAMANİ VƏ POST-PANDEMİYA DÖVRÜNDƏ ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ YEDDİ PRİNSİP

  • Version
  • Download 19
  • File Size 18.92 KB
  • File Count 1
  • Create Date July 5, 2020
  • Last Updated July 5, 2020

COVİD-19 PANDEMİYASI ZAMANİ VƏ POST-PANDEMİYA DÖVRÜNDƏ ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ YEDDİ PRİNSİP

Ədalət Səmərəliliyi ÜÇÜN AVROPA KOMİSSİYASI (CEPEJ)
CEPEJ BƏYANATI
COVİD-19 PANDEMİYASI ZAMANİ VƏ POST-PANDEMİYA DÖVRÜNDƏ ƏDALƏT MÜHAKİMƏSİ

Avropa Şurasının CEPEJ Təşkilatının üzvü olan dövlətlərin Avropa Şurasının standartlarına uyğun fəaliyyət göstərmələrini və onların cavabdeh olmasını təmin etmək üçün məhkəmə sistemlərinin səmərəliliyini və keyfiyyətininin artırılmasını dəstəkləyir.
COVID-19 pandemiyası ciddi insan və sosial nəticələri olan bir böhranıdır və üzv dövlətlərin məhkəmələri və məhkəmə orqanları üçün də çətinliklər yaratmışdır. CEPEJ üzv dövlətləri Məhkəmə sistemlərində yenilikçi tədbirlər haqqında düşünməyə dəvət edir.
Üzv dövlətlər qısa müddət ərzində yeni şəraitə uyğunlaşmaq və məhkəmələrin fəaliyyətini təmin etmək üçün mövcud mənbələrdən ən yaxşı şəkildə istifadə etmək üçün xeyli səy göstərməlidirlər. Böhran məhkəmə sistemlərindəki çatışmazlıqları bəhanə etmək üçün və keyfiyyət standartlarınin aşağı salınması və ya hüquqi zəmanətləri pozmaq üçün istifadə edilə bilməz.
Belə bir böhran vəziyyətində məhkəmə işlərinin davamlılığını və ədalət mühakiməsinin həyata keçməsini təmin etmək üçün fərdi hüquqlara hörmət edilməsi məqsədilə məhkəmə sistemləri hazır vəziyyətdə olmalıdır.
Bu çərçivədə CEPEJ üzv dövlətlərə aşağıdakı vacib prinsipləri xatırlatmaq istəyir:

Prinsip 1 (İnsan hüquqları və qanunun aliliyi)

5-ci maddənin prinsipləri - Azadlıq və Təhlükəsizlik hüququ - və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (AİHM) 6-cı maddəsi - Ədalətli mühakimə hüququ - böhran zamanı hər zaman qorunmalı və xüsusilə vacib olmalıdır. Məhkəmə sisteminin və ədliyyə işçiləri tərəfindən göstərilən xidmətlərin davamlı işləməsinin Avropa standartlarına əsaslanaraq təmin edilməsi vacibdir. Ədalətə inam böhran vəziyyətində belə davam etməlidir.
Hər bir böhran vəziyyəti təcili reaksiya və tədbirlər tələb edir. Ancaq böhrana hər cür reaksiya ciddi şəkildə Qanunun Aliliyi prinsiplərinə əsaslanmalı və insan haqları hörmətlə qorumalıdır. Təcili tədbirlər zamanı qanunilik, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə hörmətlə yanaşmalı və daim yenidən qiymətləndirilməlidir. Məhkəmə orqanları və ədliyyə mütəxəssislərinin nümayəndələri ilə birlikdə lazım olduqda məsləhətləşmələr aparılmalıdır.

Prinsip 2 (Ədalətə giriş)

Pandemiya zamanı ədliyyə mütəxəssislərinin və məhkəmə mexanizmlərindən istifadə edən şəxslərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün məhkəmələrin bağlanması zəruri ola bilər. Bu qanunun aliliyinin əsas prinsipi olan ədalət mühakiməsinə çıxışın əhəmiyyətli bir məhdudlaşdırılması ilə nəticələndiyi üçün diqqətli və mütənasib şəkildə edilməlidir.
Dövlət ədliyyə xidməti mümkün qədər qorunmalıdır, o cümlədən onlayn xidmətlər və ya məhkəmə saytları və digər rabitə vasitələri (telefon, e-poçt və s.) ilə məlumatlara çıxışın gücləndirilməsi kimi alternativ vasitələrlə ədalətə çıxış təmin edilməlidir.
Bütün ədliyyə mütəxəssislərinin (hüquqşünaslar, icra nümayəndələri, vasitəçilər və sosial xidmətlər də daxil olmaqla) birgə məsləhətləşmələri və koordinasiya işləri ədalət mühakiməsinə çıxış səviyyəsinin təmin olunmasına kömək edəcəkdir.
Ədalətə giriş bütün istifadəçilər üçün təmin edilməlidir, lakin pandemiya dövründə, vəziyyətdən zərər çəkmək riski daha yüksək olan həssas qruplara xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə sistemləri bu qruplara aid məsələlərə, məsələn məişət zorakılığı, xüsusən qadınlara və uşaqlara qarşı, yaşlı insanların və ya əlillərin iştirak etdiyi və ya ciddi iqtisadi vəziyyətlərlə əlaqəli işlərə üstünlük verməlidir.

Prinsip 3 (İnsanların təhlükəsizliyi)

Pandemiya zamanı və ondan sonra bütün ədliyyə mütəxəssislərinin, habelə məhkəmələrdə istifadəçilərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi prioritet olmalıdır. Məhkəmə binaları içərisində lazımlı fiziki məsafələrə hörmətlə yanaşmaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bütün tədbirlər birgə məsləhətləşmə şəklində hazırlanmalı və maraqlananlar üçün aydın şəkildə izah edilməli, müntəzəm olaraq qiymətləndirilib yeni vəziyyətlərə uyğunlaşdırılmalıdır. Məhkəmə infrastrukturuna əlavə sərmayə də cəlb edilə bilər.
Internet telekommunıkasıya işı ədliyyə mütəxəssisləri üçün açıq olmalıdır. Onlar lazımi təhlükəsiz İT avadanlıqları ilə təmin edilməlidir. Internet telekommunikasiya işləməsi zamanı onların müstəsna iş şəraiti olduğuna xüsusi diqqət yetirilməlidir.

Prinsip 4 (İş axınına və işin keyfiyyətinə nəzarət)

Pandemiya zamanı məhkəmələrin fəaliyyətinə dair işlənmiş idarəetmə sistemləri və statistik məlumat toplama mexanizmləri xüsusilə aktualdır. Məhkəmə sədrləri, hakimlər və rəhbərlik işlərin idarəolunmasına birbaşa və hətta distant olmaqla da cavabdehdirlər. Buraya işlərə baxılma və obyektiv və ədalətli meyarlara əsaslanan və keyfiyyətli ədalətin təmin edilməsi ilə işlərin mümkün prioritetləşdirilməsi və yenidən bölgüsü daxildir.
Bəzi məhkəmə iclaslarını bəzən təxirə salmaq məcburiyyətini anlayaraq və nəzərə alaraq, insan resursları və büdcə dəstəyi məhkəmələrdə gecikmələri idarə etmək üçün bir plan hazırlamağa kömək etməlidir. Böhran zamanı və ondan sonra resurların mümkün qədər yerli reallığa daha yaxşı və çevik bir şəkildə bölüşdürülməsinə icazə verilməsi məhkəmələrin xusui rejimdə işləməsini təmin etmək və məhkəmə sistemlərindəki mövcud çətinliklərin hər hansı bir kəskinləşməsinin qarşısını almaq üçün vacibdir.

Prinsip 5 (Kiber tənzimləmə)

İnformasiya texnologiyalarına müraciət, dövlət ədliyyə xidmətinin pandemiya dövründə fəaliyyətini davam etdirməsini təmin edir. Bununla birlikdə, bu cür vasitələrə ehtiyacın sürətlə ortaya çıxması və həddindən artıq istifadəsi eyni dərəcədə mənfi nəticələrə səbəb ola bilər.
Onlayn xidmətlər, uzaqdan onlayn dinləmələr və videokonfranslar kimi İT-həllər, həmçinin rəqəmsal ədalətin gələcək inkişafı həmişə ədalətli məhkəmənin əsas hüquqlarına və prinsiplərinə hörmətlə yanaşmalıdır.
İT-nin istifadəsinə xas olan riskləri azaltmaq üçün onlardan istifadə və bütün istifadəçilər üçün əlçatan olmağın aydın bir hüquqi əsası olmalıdır. Bu baxımdan ən həssas qruplara xüsusi diqqət yetirilməlidir. Buna görə də bu texnologiyaların istifadəsinin ədalət mühakiməsinə təsiri mütəmadi olaraq qiymətləndirilməli və lazım gəldikdə düzəliş tədbirləri görülməlidir. Kiber təhlükəsizlik və şəxsi məlumatların qorunması təmin edilməlidir.

Prinsip 6 (Təlim)

Təlim gələcəkdə böhranların effektiv idarə olunması üçün əsasdır. Məhkəmə təlimi İT-nin istifadəsi də daxil olmaqla, yaranan ehtiyaclara uyğunlaşmalıdır. Sağlamlıq böhranı zamanı və ondan sonra ədliyyə mütəxəssislərinə dəstək olmaq üçün yeni tədris proqramları hazırlanmalıdır.
Məhkəmələrin bağlanması və tətbiq olunan izolyasiya tədbirləri ədliyyə işçilərinə təhlükəsiz və etibarlı bir mühitdə evdən təlimə daha çox vaxt ayırmağa imkan verə bilər. Təlim müəssisələri elektron tədris platformalarından istifadəni inkişaf etdirməlidirlər.
Ədliyyə mütəxəssisləri üçün İT texnologiyaları ilə işləmə ilə bağlı xüsusi təlim verilməlidir. Ədliyyə mütəxəssisləri üçün COVID-19 pandemiyasından irəli gələn yeni iş növləri üzrə xüsusi təlimlər də verilməlidir. Ədliyyə mütəxəssisləri ilə bu cür xüsusi təlim ehtiyacları ilə əlaqədar, o cümlədən onlayn sorğular vasitəsilə məsləhətləşmələr aparılmalıdır.

Prinsip 7 (İrəliyə baxan ədalət)

COVID-19 pandemiyası da təcili yenilikçi təcrübələrin tətbiqi üçün bir fürsət olmuşdur. Yeni tətbiq olunan həllərin faydalarını əsas götürmək üçün məhkəmə orqanları üçün bir transformasiya strategiyası hazırlanmalıdır. Ənənəvi məhkəmə fəaliyyətinin bəzi aspektlərinə yenidən baxılmalıdır (media ilə münasibətlər, yeni texnologiyaların istifadə səviyyəsi, mübahisələrin alternativ həllinə, xüsusən mediasiyaya müraciət artır).
Gələcək üçün məhkəmə sisteminin dəyişdirilməsinə müsbət yanaşılmalı və hər zaman AİHM-də təmin olunan əsas hüquqlara hörmətlə yanaşılmalıdır. Ədliyyə sistemindəki bütün orqanlar arasında lazımi dialoqun davam etdirilməsi və hakimlər, prokurorlar, məhkəmə işçiləri, hüquqşünaslar, icraedici şəxslər, notariuslar, mediatorlar və ekspertlər arasında yaranan yeni münasibətlərdən faydalanmaq məqsədəuyğun olardı.
NƏTİCƏ
Son 15 il ərzində CEPEJ məhkəmə sistemlərinin səmərəliliyini və keyfiyyətini təhlil etmək və dəstəkləmək məqsədilə tətbiq etdiyi metodologiyaları, vasitələri və ən yaxşı təcrübələrini inkişaf etdirmişdir.
Bu vasitələr xüsusilə böhran dövründə və ondan sonrakı dövrlərdə ədalət mühakiməsinin fəaliyyətinin yaxşılaşdırılması üçün qiymətləndirmə prosesinin bir hissəsi olaraq müsbət və mənfi təcrübəni öyrənmək üçün yararlı ola bilər.

Bu Bəyannamədəki prinsiplər, CEPEJ-in üzv dövlətlərə böhran dövründə ədliyyə xidmətinə təsirini göstərən məsələlərin daha yaxşı idarəedilməsi üçün mümkün olan yeni bir yol xəritəsinin ("feuille de marşrutu") hazırlanması üçün əsas verir.

Mənbə: https://courts.gov.az/az/main/displaynews/CEPEJ-DECLARATION-ON-LESSONS-LEARNT-AND-CHALLENGES-FACED-BY-THE-JUDICIARY-DURING-AND-AFTER-THE-COVID- 19-PANDEMIC_535