Üğurlu soydaşımız, peşəkar stilist Aytən Hüseynovadan doğma yurduna töhvə

 

Azərbaycandan kənarda ölkəmizin adını layiqincə təmsil edən, müvəffəqiyyətli peşə karyerasına nail olmuş soydaşlarımızdan biri də peşəkar stilist, vizajist Aytən Hüseynovadır.

O Rusiya kimi böyük ölkədə bir çox tanınmış stilist mütəxəssislərlə əməkdaşlıq edən və bir çox uğurlu layihələrə imza atan çox nadir həmvətənlərimizdən biridir. Təbii ki, Aytən xanım kimi professional mütəxəssis olan soydaşımızın uğurlu fəaliyyətinə yalnız sevinə bilərik. Həmçinin qeyd etmək lazımdır ki, Aytən Hüseynova eyni zamanda öz bilik və bacarıqları ilə imkan düşdükcə Azərbaycanda bu sahəni öyrənmək həvəsində olan şəxslərə də master klass – ustad dərsləri keçməklə, öz dogma vətəninin inkişafına da bir professional stilist olaraq töhvəsini verməkdədir.

Aytən Hüseynova 19 dekabr 1994-cü il tarixdə Azərbaycan Respublikasının Samux rayonunun Nabiağalı kəndində doğulmuşdur.

2001-2012-ci illərdə Rusiyanın Yegoryevsk şəhərinin fərdi fənlər təmayülü ilə 12 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ali təhsilini isə 2012-2017-ci illərdə Rusiyanın məhşur Xalqlar Dostluğu Universitetinin qiyabi şöbəsinin İqtisadiyyat fakültəsində almışdır. 2019-cu ildən etibarən evlidir.

Ailəsi aşağıdakı şəxslərdən ibarətdir:
Atası – Hüseynov Süleyman Selpoy oğlu.
Anası – Orudzhova Könül Panax qızı.
Qardaşı- Hüseynov Ramal Süleymanoviç
Bacısı-Hüseynova Azadə Süleyman qızı
Həyat yoldaşı – Əmirov Elşən Soingulievich
2015-ci ildən bəri makiyajı sevmiş və ilk müəllif sertifikatını məşhur vizajist Rukiyat Akayevadan 29 Yanvar 2015-ci ildə almışdır.

27 oktyabr 2016-cı il tarixində saç ustası Ceyhun Babaevski tərəfindən dərs almışdır. 2017-ci ildə, 10 fevralda Soçidə, “Georgy Kot” Beynəlxalq Gözəllik Akademiyasında iki mərhələdən keçmişdır.
2 Mart 2017-ci il tarixində məşhur stilistlər Şəfəq Novruzova, Ceyhun Babaevski üçün ustad dərsləri təşkil etmişdir.
7 fevral 2018-ci il tarixində Alena Fomina ilə saç düzümü və makiyaj yaratmaq üçün Studiyada fərdi təlim keçmişdir.
Azərbaycandakı fəaliyyətinə dair isə onu qeyd etmək olar ki, 28 Fevral 2018-ci il tarixdə Gəncədə toy saç düzümləri üzrə gənclərə master-klass keçmişdir . 3 may 2018-ci il tarixində isə Bakıda saç düzümü üzrə master-klass keçirmişdir.
12 mart 2019-cu il tarixində stilist Nadia Gerber tərəfindən saç düzümləri üzrə kursunu müvəffəqiyyətlə bitirərək sertifikatla təltifləndirilmişdir.

Sonda qeyt etmək yerinə düşər ki, vacinb məqamlardan biridə odur ki, Aytən Hüseynova nəinki Azərbaycandan kənarda Rusiya kimi bir ölkədə uğur qazanmış, eyni zamanda öz bilik və bacarıqlarını doğma ölkəsi – Azrəbaycanda bu sahəyə həvəs göstərən bir çox gənclərin professional keyfiyyətlərinin artmasına nail olmaqla, vətəni qarşısında göstrədiyi xidmətləri təqdirəlayiq olmuşdur.