Eurovision 2011 mahnı müsabiqəsində qələbə həm də məsuliyyət yaradır…

May ayının 15-də qürür hissi ilə hər bir azərbaycanlı kimi mən də Azərbaycanlı ifaçıların Eurovision 2011 mahnı müsabiqəsində qələbəsinə sevindim. Bu il bu yarışmanın Almaniyada keçirilməsi mənim üçün xüsusi önəmi oldu. Hal-hazırda Almaniyada təhsil aldığımdan bu ölkədə Azərbaycan adlı ölkəni bundan sonra daha çox tanıyacaqlarına ümid edirəm. Nəzərə alsaq ki, İyun ayının 7-də Azərbaycan milli futbol yığma komandası Almanlarla üz-üzə gələcək, bu halda Azərbaycanın tanınması ilə bağlı heç bir porblemin olmayacağı aydındır. Qısası, hamını təbrik edirəm!
İndi keçirəm əsas məsələyə. Eurovision 2011-də qələbə nə deməkdir? Qeyd edim ki, Eurovision 2011-də qələbə Azərbaycanın 2012-ci ildə bu müsabiqənin Bakıda keçirmək hüququnu yaradır. Bu isə əsas etibarilə Avropalı dostlarımız qarşısında nəinki özümüzü tanıtdırmaq, həmçinin Avropaya layiq bir ölkə olduğumuzu sübut etmək məsuliyyətini də qarşımıza qoyur. Şəxsən mənim qənaətimə görə Eurovision 2011-də Azərbaycanın qalıb gəlməsi və Azərbaycanda dəyişikliklər istiqamətində aparılan islahatların, korrupsiyaya qarşı mübarizənin başlanması və digər dəiyşikliklər istiqamətində atılan addımların üst-üstə düşməsi Azərbaycanın bu cür islahatlar davam edəcəyi təqdirdə Eurovision 2012 müsabiqəsinin ev yiyəliylini etməyə layiq olduğumuzu sübut edəcək. Bu baxımdan, Eurovision 2011-dəki qələbə həm ölkəmizin turizm potensialının inkışafına dəstək, həm də müasirləşmə istiqamətində konkret addımlaırn atılmasını təşviq etmək baxımından çox önəmli hadisədir.

Eurovision mahnı müsabiqəsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi Azərbaycanda müvafiq turizm infrastrukturun yaradılması ilə yanaşı mənim şəxsi fikrimcə aşağıdakı öhdəlikləri ölkəmizin üzərinə qoyur:
– Azərbaycanın həqiqətən Avropa dəyərlərinə sadiq olmaısnın real həyatda hiss edilməsi (təbii ki  Azərbaycana məxsus bəzi rasional dəyərlərin qorunması şərtilə, misal üçün milli musiqi),
– Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya sahəsində qanunvericlik baxımından təsbit edilmiş dövlət siyasətinin təcrübədə həyata keçirilməsinin gücləndirilməsi,
– Mahnı müsabiqəsinə gələcək hər bir Avropalı nümayəndələrin və turistlərin fərdi ehtiyaclarına uygun infrastrukturun, şəraitin yaradılması, təhlükəsizliklərinin təmin edilməsi, onlar üçün miqrasiya prosedurlarının maksimum dərəcədə yüngülləşdirilməsi,
– Azərbaycan dövlətinin Eurovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə bağlı attığı addımlarda şəffaflığın və hesabatlılığın təmin edilməsi,
– Müsabiqənin başlanılmasına qədər Avropa ictimaiyyəti qarşısında insan hüquqlarının qorunması sahəsində götürülən öhdəliklərin həyata keçirilməsinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılması və digər bu kimi məsələlər.
Ola bilsin ki, bəziləriniz düşünə bilərsiz ki, Eurovosion mahnı müsabiqəsinin vacibliyi və ölkəmizinn inkışafına təsiri baxımından çox şişirtməyə yol veririəm. Ola bilər. Etiraz eləmirəm. Amma son olaraq optimist əhval ruhiyyə ilə ümid edirəm ki, Azərbaycan Eurovosion 2012 ölkəmizdə keçirmək məsuliyyətini dərk edərək ən yüksək səviyyədə həyata kçeirilməsinə nail olmaqla, Azərbaycanın bir daha Avropa ailəsinə üzv olmağa layiq olduğunu sübut edəcəkdir.
Ramil İskəndərli