Qarşıda gələn NATO Çikaqo sammiti ilə bağlı fikirlərim… (“AYNA” və “Zerkalo”)

Image

Ramil İsgəndərli, beynəlxalq hüquq üzrə müstəqil ekspert, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi İdarə Heyətinin üzvü, Çatham Haus Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunun (Böyük Britaniya) üzvü:


Çikaqo sammitindən gözləntilər çoxdur. İlk növbədə bu sammit keçmişdə əldə edilən nəticələr və qarşıdan gələn çağırışların qiymətləndirilməsi, eləcə də beynəlxalq problemlərin həllində yeni siyasətin və strategiyanın təqdim edilməsi baxımından vacib əhəmiyyət daşıyacaq. Fikrimcə, NATO-nun 2014-cü ilədək Əfqanıstandan çıxmaq planlarını nəzərə alsaq, qeyd edə bilərik ki, bu sammitdə müzakirəsi gözlənilən ən vacib məsələ Əfqanıstanla bağlı olacaq. Bu sammit Əfqanıstan üçün taleyüklü olacaqdır. Belə ki, Əfqanıstanın NATO tərəfindən təlim keçmiş silahlı qüvvələri artıq özləri NATO-nun dəstəyi ilə Əfqanınstanda sülh və təhlükəsizliyin qorunması sahəsində cavabdeh olacaqlar. Gözlənilir ki, sammitdə məhz bu məqsədlə Əfqanıstana maliyyə və diplomatik dəstəyin göstərilməsi üzrə məsələlər müzakirə edilsin. Fərəhli haldır ki, Azərbaycan dövləti artıq Əfqanıstana dəstək üçün öz iradəsini ortaya qoymuş və niyyətini açıq bildirmişdir. Bundan başqa, Transatlantik təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkələrin əməkdaşlığı və töhfələri hesabına yeni müdafiə sisteminin qurulması, eləcə də “Smart defence” (Ağıllı müdafiə) və raket əleyhinə müdafiə sistemi də müzakirə obyekti olacaqdır.

NATO-Rusiya əlaqələri maraqlı müzakirə obyekti olacaqdır. Gürcüstanın işğalı məsələsində NATO ilə Rusiya arasında fikir ayrılıqları olsa da, terrorizm və piratçılıq məsələsində əməkdaşlıq meyilləri müşahidə olunur.

Cənubi Qafqaz regionu ilə bağlı qeyd etmək istəyirəm ki, təbii ki, NATO-ya üzvlüklə bağlı dəvətin sammitdə səslənəcəyinə skeptik yanaşsaq da, proqnozlaşdırmaq olar ki, Gürcüstan, eləcə də Azərbaycan sammitdə indiyə qədərki partnyor qismində fəaliyyətlərinə görə, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə verdikləri töhfəyə görə NATO rəhbərliyi və üzv ölkələri tərəfindən təşəkkür alacaqlar.

NATO-nun yeni siyasət və strategiyasının qəbul edilməsini nəzərə alaraq, proqnozlaşdırmaq olar ki, NATO 2020-ci ilədək güclənəcək.

Mənbə: http://www.ayna.az/2012-05-19/ordunun-aynasi/9570-NATO-Chikaqo-sammit/print

 

Рамиль Искендерли, независимый эксперт по международному праву, член правления Объединения молодых юристов Азербайджана, член Королевского института международных отношений (Четхем Хаус, Великобритания):

– От саммита в Чикаго стоит ожидать многого. В первую очередь на нем будет дана оценка полученным результатам, а также представлена новая политика и стратегия для решения международных проблем. Если учесть наличие плана о выходе НАТО из Афганистана к 2014 году, то афганский вопрос будет на саммите одним из самых важных. Этот саммит будет для Афганистана судьбоносным. Так, ответственными за мир и безопасность в Афганистане станут собственные вооруженные силы страны при поддержке НАТО. Ожидается, что на саммите будет обсужден вопрос оказания материальной и дипломатической поддержки Афганистану. Вызывает чувство гордости то, что азербайджанское государство уже открыто выразило готовность оказать поддержку Афганистану.

Отношения НАТО-Россия также станут объектом обсуждений. Несмотря на то, что у НАТО и России есть расхождения во мнениях по поводу оккупации грузинских территорий, они все же готовы сотрудничать в сфере борьбы с терроризмом и пиратством.

В то же время не исключено, что Азербайджану, а также Грузии будет выражена благодарность как странам-партнерам за их деятельность со стороны руководства НАТО и стран-членов альянса.

Если учесть факт принятия новой политики и стратегии НАТО, можно спрогнозировать усиление альянса к 2020 году.

Источник: http://www.zerkalo.az/2012-05-19/army/29533-read/print