Sorğu: Azərbaycanda gender bərabərliyinin təminatı

Sorğu: Azərbaycanda gender bərabərliyinin təminatı

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA)

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən QHT-lər və fərdlər arasında sorğu. Bu sorğu HTA tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahədində hüquqi araşdırma” proqramı çərçivəsində həyata keçirilir.

HTA barədə

HTA 2012-ci ilin avqust ayinda yaradılmış və dövlət qeydiyyatına alınmışdır.

Beyin mərkəzi funksiyasını həyata keçirən HTA-nın əsas məqsədi hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə tövhə verməkdən ibarətdir. HTA-nın təsisçıləri hüquqşünaslar Ramil İskəndərli və Elmari Məmişovdur.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri öz qarşısına qoymuşdur.

– Azərbaycanda həyata keçirilən hüquq islahatları təbliğ etmək və onlara dəstək vermək

– Hüququn müxtəlif sahələri üzrə araşdırmalar və tədqiqatlar aparmaq

– Əhalinin hüquqi maarifləndirilməsinə kömək etmək.

Sorğu

Bu sorğu Azərbaycanda gender məsələləri, qadın hüquqları, bərabər hüquqlar və bərabər imkanlar məsələləri ilə məşğul olan QHT-lər arasında keçirilir və məqsədi Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üzrə real vəziyyətinin öyrənilməsi və hüquqi problemlərin araşdırılmasıdır. Sorğu 10 qapalı sual əsasında hazırlanmış və hər suala təklif olunan cavablar arasında 1 prioritet cavab seçilməklə cavablandırılması nəzərdə tutulmuşdur.

Sorğuya buradan daxil olun:

http://www.surveymonkey.com/s/SGRTRK3

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin Sorğu qrupu

HTA ramil ENG