Prezidentin Islahatlar Planı

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı müşavirə keçirilib.

Bu gün (18.01.2016) prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı müşavirədə Prezident yaxın dövr üçün islahatlar planını açıqladı.

Bunlar qisaca olaraq aşağıdakılardır:
– İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və rifah halının daha da yaxşılaşdırılması
– Süni bahalaşmaya qarşı ciddi mübarizə aparılması
– Bir-birini təkrarlayan və lazımsız dövlət qurumlarının birləşdirilməsi, və ya ləğv olunması
– Valyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi
– Beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması,
– İqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər.
– bankların sağlamlaşdırılması prosesinin aparılması,
– dövlət istiqrazlarının buraxılması,
– əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsi
– xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resurslarının Azərbaycan bazarına cəlb edilməsi
– Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin verilməsi
– sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacaq.
– Tikinti sahəsində iş adamlarına şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması
– İpoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi olaraq, cənab Prezidentin bu addımlarını dəstəkləyirik və islahatların həyata keçirilməsində vətəndaş cəmiyyəti təsisatlarını təşviqat baxımından aktivliyinin artırılmasını arzu edirik.