“BMT-in insan hüquqları mexanizmləri təkmilləşdirilməlidir” – Ramil İskəndərli

Sentyabr ayının 22-23 tarixlərində “Yeni Dünya Düzəni və maraqlı tərəflər üçün təsirləri” adlı BMT-in Baş Assambleyası üçün Yüksək Səviyyəli Eksklyuziv Tədbir (Side Event) keçirilmişdir. Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatşılığı ilə həyata kçeirilmişdir. Tədbirin “İnsan Hüquqları” mövzusu ilə bağlı sessiyasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişdir. Sessiyada bir neçə ölkənin keçmiş rəhbərləri, beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin rəhbərləri və digər ekspertlər iştirak etmişlər.

Ramil İskəndərli çıxışında qlobal səviyyədə insan hüquqları problemlərinin həlli üçün BMT-nin insan hüquqlarının müdafiəsi üzrə mexanizmlərinin təkmilləşdırılməsi, elədə də milli səviyyələrdə insan hüquqları ilə dövlət orqanları, milli insan hüquqları təsisatları, akademik müəssisələr və araşdırma mərkəzləri, eləcə də QHT-lərin iştirakı ilə insan hüquqları üzrə konsultasiyaların keçirilməsi mexanizmləri təkmilləşdirilməlidir.


Bundan başqa pandemiya dövründə yaranmış problemlərlə bağlı çıxışında Ramil İskəndərli Azərbaycanda bir sıra QHT-lərin dövlət orqanları ilə əməkdaşlıq şəraitində müxtəlif regionlarda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə əhaliyə bir sıra xidmətlər, ö cümlədən də humanitar yardım dəsətəyi göstərilmişdir.

“İnsan Hüquqları” mövzusu ilə bağlı sessiyasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxışını aşağıdakı linkdən baxa bilərsiniz:

VIDEO

Ramil İskəndərli eyni zamanda Pandemiya dövründə aparılmış araşdırmalara əsasən, məişət zorakılığı və kobercinayətlərin qismən artımı fonunda, həm qlobal, həm də milli səviyyədə cinayətlərin bir sıra növlərinin sayının keçən ilki analoji dövrlə müqayisədə aşağı düşdüyünü də qeyd etmişdir.

“Planet” Hüquq Analitik İnformasiya Daycesti (laied.az)