Ictimai Şuraya seçkilər keçirilmişdir – FOTO/VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

12 iyun 2021-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 102 təmsilçisindən 85-i seçici qismində iştirak edib. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 85 seçki bülletenindən 2-si etibarsız sayılıb. 

Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış adları aşağıda qeyd olunan şəxslər İctimai Şuranın tərkibinə seçiliblər.  Məhərrəmova Elnarə Aşır qızı  – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Nəbiyev Qalib Təsim oğlu – “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Bu seçkilər nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibi tam formalaşmadığı üçün 16 iyun 2021-ci il tarixində nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında  seçkilərin II turu keçiriləcək. 

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli keçirilmiş səsvermədə İctimai Şuraya Seçkilər üzrə Komissiyanın üzvü kimi prosesi müşahidə etmiş, verilmiş səslərin hesablanması və elan edilməsi prosesində yaxından iştirak etmişdir.

Ramil İskəndərlinin fikrincə səsvermə “İctimai iştirkaçılıq” haqqında qanuna və “İctimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnaməyə uyğun şəkildə həyata keçirilmişdir.

VİDEO: