BMT-nin Uşaq Hüquqları Komitəsi (UHK) 2023-cü il yanvarın 16-dan fevralın 3-dək 92-ci sessiyasını keçirəcək

CENEVRƏ – BMT-nin Uşaq Hüquqları Komitəsi (UHK) yanvarın 16-dan fevralın 3-dək sessiyasını keçirəcək və bu sessiya zamanı İsveç, Mavrikiy, Oman, Boliviya Çoxmillətli Dövləti, Azərbaycan, İrlandiya və Yeni Zelandiyanın hökümət hesabatlarını  müzakirə edəcəkdir.

Bu yeddi ölkə Uşaq Hüquqları Konvensiyasına və onun Əlavə Protokollarına qoşulan 196 dövlət arasındadır. Onlardan 18 müstəqil beynəlxalq ekspertdən ibarət Komitə tərəfindən Konvensiyanı, onun Fakultativ Protokollarını, habelə Komitənin əvvəlki tövsiyələrini necə həyata keçirdikləri ilə bağl hesabat vermələri tələb olunur.

Müvafiq ölkə hesabatlarını və qeyri-hökumət təşkilatlarından digər təqdimatları almış UHK ictimai dialoqlar vasitəsilə yeddi dövlətdən nümayəndə heyəti ilə bir sıra məsələləri müzakirə edəcəkdir.

Sessiyada müstəqil QHT müşahidəçisi qismində BMT-nin ECOSOC Komitəsinin xüsusi məşvərətçi statusuna malik, Azərbaycanda fəaliyyət göstərən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli iştirak edəcək.

Bütün ictimai görüşlər mətbuata açıqdır və BMT Web TV-də canlı yayımlanır. Sessiya haqqında ətraflı məlumat, o cümlədən dövlətlər tərəfindən təqdim olunan hesabatlar və görüşlərin tam cədvəli sessiyanın internet səhifəsində yerləşdirilmişdir.

Tarixçə:

Uşaq Hüquqları Komitəsi iştirakçı dövlətlərin Uşaq Hüquqları Konvensiyasına və onun uşaqların silahlı münaqişələrə cəlb edilməsinə, uşaqların satışına, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokollarına riayət etməsinə nəzarət edir. Bu günə qədər Konvensiyada 196 dövlət iştirak edir. Komitə dünyanın hər yerindən seçilmiş müstəqil insan hüquqları ekspertləri olan 18 üzvdən ibarətdir, onlar iştirakçı dövlətlərin nümayəndələri kimi deyil, fərdi qaydada funksiyalarını yerinə yetirirlər.