Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı müzakirə keçirildi – FOTO

03 may 2024-cü il tarixdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Şəkidə yerləşən Şəki şəhəri 1 saylı Mediasiya təşkilatında “Media materiallarında uşaq hüquqlarının pozulması və özəl həyat hüququ” ilə bağlı təlim və focus qrup müzakirəsi keçirilmişdir.

Mediatorların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ramil İskəndərli və layihə eksperti Fariz Əkbərov bu sahədə hüquq sistemində uşaqlara həssas yanaşması məsələlərinin təhlili məqsədilə təlim aparmışlar.

Günün ikinci yarısında isə Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı focus qrup müzakirəsi keçirilmişdir. İki xanım mediatorlar da bu müzakirələrə qoşulmuşdur.

Tədbirdə eyni zamanda uşaqların zərərli informasiyadan qorunması mexanizmləri, məxfilik və özəl həyat hüququ və digər uşaq hüquqları məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır.  

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində 2023-cü il noyabr ayından etibarən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi” təşəbbüsü həyata keçirilməkdədir.