Azərbaycan və Amerika gənc hüquqşünasları arasında əlaqələr genişlənir

Amerika Hüquqşünaslar Assosiasiyasının Gənc Hüquqşünaslar Bölməsinin  (ABAYLD) dəvəti ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) rəhbəri Elmari Məmişov May ayının 3-dən 5-dək ABŞ-ın Tennesi ştatının Neşvill şəhərində növbəti İllik Beynəlxalq Qonaqlar Proqramı çərçivəsində keçirilən Yaz Konfransinda iştirak etməkdədir.

Bu tədbir AGHB üçün ABŞ və digər ölkələrin gənc hüquqşünaslar birlikləri ilə əlaqələrin yaradılması və onların Azərbaycanda gedən gənclər və hüquq islhataları barədə məlumatlandırmaq və informasiya mübadiləsi aparmaq, eləcə də gələcəkdə Azərbaycan hüquqşünasları ilə ABŞ və digər ölklərin hüquqşünasları arasında əməkdaşlığın qurulması istiqamətində çox vacib əhəmiyyət daşıyır.

AGHB sədri Konfransda çıxış etmiş və Azərbaycanda hüquq sistemi, qanunun aliliyi, hüquqşünaslıq peşəsi və digər aktual məsələlərlə bağlı mövcud vəziyyət barədə iştirakçılara məlumat vermişdir.

Konfransda əsasən yerli və beynəlxalq gənc hüquqşünaslar qurumları və nüfuzlu vəkillik şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirin təşkilatçılarından biri də Avropa Gənc Hüquqşünaslar Assosiasiyasıdır (EYBA). Xatırladaq ki, AGHB bu məşhur təşkilatın artıq bir neçə ildir ki, üzvüdür.

            Elmari Məmişovun konfransda iştirakla bağlı xərcləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ödənilmişdir.