DMX yanında İctimai Şura Beynəlxalq Miqrant günündə fəaliyyəti barədə hesabatını açıqladı

Dekabrın 18-də bütün dünyada Beynəlxalq Miqrant Günü qeyd edilir. 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul olunduğu günü Beynəlxalq Miqrant Günü elan edib. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni, beşinci heyəti, cari ilin iyul ayından etibarən il ərzində həyata keçirdiyi fəaliyyətlər üzrə hesabatı da fürsətdən istifadə edərək Beynəlxalq Miqrant Günüdə açıqlayır.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 19 və 21 iyul 2023 tarixlərində Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında keçirilən seçkilərin nəticələrinə uyğun olaraq tələb olunan səs çoxluğunu toplamış İctimai Şuranın yeni, beşinci tərkibdə üzvləri aşağıdakılardan ibarət olmuşdur:

  1. İskəndərli Ramil Əvəz oğlu – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
  2. Əliyev Fuad Ağasi oğlu – “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
  3. Mehtiyeva Rahilə İbrahim qızı – “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
  4. Hüseynova Məhsəti Əli qızı – “Gənclərin Töhfəsi” İctimai Birliyi
  5. Gözəlova Günel Salam qızı – “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
  6. Fərzəliyev Əli Vələhəd oğlu – “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
  7. Kətanov Məmməd Teymur oğlu – “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
  8. Şükürov Adil Arif oğlu – “Miqrasiya Könüllüsü” İctimai Birliyi
  9. Vəliyev Asim Nazim oğlu – “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İB

DMX yanında İctimai Şuranın 5-ci heyətinin Hesabatı aşağıdakı keçiddən yükləyə bilərsiniz: