“Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi” təşəbbüsü həyata keçirilməkdədir

Cari ili noyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi” təşəbbüsü həyata keçirilməkdədir.

Layihə nəticəsində vətəndaş cəmiyyət təşkilatlarının yuvenal ədliyyə sistemi və uşaqların məhkəmə sisteminə çıxışı ilə bağlı beynəlxalq standartların tətbiqi haqda bilik və təcrübəsinin təkmilləşəcəyi nəzərdə tutulur.

Hal-hazırda layihə fəalliyəti olaraq, uşaq hüquqları, uşaqların müdafiəsi və yuvenal ədliyyə ilə bağlı Azərbaycan qanunları, siyasət və təlimatlarının müvafiq beynəlxalq və regional standart və normalarla müqayisə edilməklə hüuqi təhlili aparılır.

Mənbə: InNews Media https://innews.media/az/news/id-24192