Beynəlxalq əməkdaşlıq

Hüquqi Təhlil və Araşdırmalar (HTA) İctimai Birliyinin sədri Ramil İskəndərli bu günlərdə Almaniyada işgüzar səfərdə olmuşdur. HTA sədri Almaniyanın GİZ təşkilatının dəstəyi ilə Berlində yerləşən Herti İdarəçilik Məktəbində“Hüquqşünas fəaliyyətində islahatlar“ mövzusunda konfransda iştirak etmişdir. 2014-cü ilin iyun ayının 2-dən 6-dək Herti İdarəçilik Məktəbində “Hüquqşünas fəaliyyətində islahatlar-Hüquq islahatları üçün hüquqi dialoq” mövzusunda Qış Akademiyasının keçmiş iştirakçıları və həmçinin GİZ-in Almaniyada təhsil üzrə təqaüdçüləri görüşmüşlər.

2 iyun 2014-cü il tarixində keçirilmiş konfransın açılışında Avropa İttifaqının keçmiş komissarı və Avropa Komissiyasının keçmiş vitse-prezidenti  Günter Ferhoygen „Avropa Qonşuluq Siyasətinin nəticələri və problemləri (AQS)“ mövzusunda məruzə ilə çıxış etmişdir. Cənubi Qafqazda olan vəziyyətlə yanaşı, aktual siyasi inkişafın fonunda Avropa-Rusiya münasibətlərinin qiymətləndirilməsi barədə müzakirələr aparılmışdır.

Image

Bundan başqa Ramil İskəndərli həmçinin Almaniyanın Frankfurt Oder şəhərində yerləşən, məzunu olduğu Viadrina Avropa Universitetinin Hüquq Fakultəsinin dekanı xanım Karmen Tiele ilə görüşmüşdür. Görüşdə yaxın gələcəkdə həmin universitetdə HTA ilə birlikdə konfransın keçirilməsi perspektivləri müzakirə edilmişdir.

Ramil İskəndərli həmçinin həmçinin Berlin şəhərində yerləşən Sosial Məsələlər üzrə Avropa İnstitutunun Traffikinqə qarşı Qlobal Mübarizə layihəsinin əməkdaşları ilə də görüş keçirmiş və gələcək birgə fəaliyyət istiqamətləri sahəsində fikir mübadiləsi aparmışdır. Görüşdə həmçinin HTA-nın Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi əhalinin müxtəlif qruplarının sosial hüquqları ilə bağlı həyata keçirdiyi fəaliyyət barədə məlumat vermişdir.

HTA Mətbuat Xidməti

huquqitehlil@gmail.com

www.azeuro.eu